Ölkə futbolu
“Neftçi” Honda ilə nə vaxt müqavilə bağlayacaq? – VİDEO
“Neftçi”nin yeni transferi Keysuke Honda ilə nə vaxt müqavilə bağlayacağına aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, yaponiyalı ulduz futbolçu martın 15-də rəsmi müqaviləyə qol çəkəcək.
Bu barədə “Neftçi TV” məlumat yayıb. Xəbərdə Hondanın Azərbaycan Premyer Liqasının 20-ci turunda “Səbail”ə qarşı ev matçını tribunadan izləyəcəyi bildirilib.
Bu isə o deməkdir ki, Hondanın “Neftçi”də debütü milli komandaların oyunları ilə əlaqədar fasilədən sonraya – aprelin 4-də baş tutacaq 21-ci turun “Sumqayıt”la ev matçına təsadüf edəcək.
Qeyd edək ki, martın 14-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Səbail” matçına saat 17:15-də start veriləcək.