Ölkə futbolu
“Neftçi” legioner futbolçusu ilə razılığa gəldi
“Neftçi” daha bir futbolçusu ilə növbəti mövsüm üçün razılığa gəlib.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun müdafiəçisi Mamadu Mbodj yeni mövsümdə də “ağ-qaralar”da çıxış edəcək.
Bununla bağlı seneqallı müdafiəçi “instagram” hesabında paylaşım edib. O, Azərbaycan Premyer Liqasında qalib olaraq qazandıqları kubokla şəklini paylaşıb və “davam edirik” deyə, qeyd edib.
Mamadu Mbodj 2019-cu ildən “Neftçi”də çıxış edir. Onun klubla müqaviləsi iyunun sonuna qədərdir.
“Neftçi” bundan əvvəl digər müdafiəçi Ömər Buludovla müqaviləni yeniləmişdi.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu