Premyer-liqa
“Neftçi” – “Qarabağ” matçı 5 manata
Premyer Liqanın 32-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarılıb.
Futbolinfo.az xəbər verir ki, qiymət VİP sektoruna 15 AZN, 3A sektoruna 10 AZN, digər sektorlara 5 AZN təşkil edir.
Biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:
https://iticket.az/…/sport/neftci-pfk-qarabag-fk2323/91356
“Bakcell Arena”nın kassalarında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.
Mayın 2-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçına saat 20:00-da start veriləcək.