Ölkə futbolu
“Neftçi” Serbiya klubuna da məğlub oldu
Rusiyada “Matç TV” kubokunda iştirak edən “Neftçi” bu gün növbəti oyununa çıxıb.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Serbiyanın “Srvena Zvezda” klubu üz-üzə gəlib.
Sankt-Peterburqdakı “Smena” stadionunda oynanılan görüşdə Bakı klubu 0:4 hesabı ilə uduzub. Matçı rusiyalı baş hakim Artyom Çistyakov idarə edib.
“Neftçi” turnirdəki ilk oyununda “Zenit”ə də uduzmuşdu – 1:3. “Ağ-qaralar” son matçında Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşacaq. Görüş iyulun 15-də olacaq.
“Matç TV” kuboku
8 iyul
Neftçi – Srvena Zvezda – 0:4
Qol: İvaniç, 9. Mitroviç, 17. Bukari, 45. Şliviç, 81.