Ölkə futbolu
“Neftçi” “Yuventus” və “Beşiktaş”la eyni qrupda
“Neftçi” PFK-nın U-12 komandası aprelin 6-dan 9-dək Türkiyənin İzmir şəhərində keçiriləcək “İzmir Cup” beynəlxalq turnirində iştirak edəcək.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Vaqif Əliyevin yetirmələri “H” qrupunda Türkiyənin “Beşiktaş”, “Giresunspor”, İzmir şəhərinin çempionu, İtaliyanın “Yuventus”, Almaniyanın “Şalke”, Fransanın “Mets”, Belçikanın “Vesterlo” və Rusiyanın “Zenit” klubları ilə mübarizə aparacaq.
72 iştirakçının mübarizə aparacağı turnirdə Türkiyənin “Qalatasaray” və “Fənərbaxça” klubları ilə yanaşı, PSJ (Fransa), “Bavariya” (Almaniya), “Mançester Siti” (İngiltərə) və “Çelsi” (İngiltərə) kimi Avropa nəhəngləri yarışacaq.
Qeyd edək ki, “Neftçi” Futbol Akademiyası bu mövsüm artıq 3 beynəlxalq turnirdə iştirak edib. Klubun U-17 komandası avqust-sentyabr aylarında İtaliyanın paytaxtı Romada təşkil olunmuş Skopinyo Kubokunda, U-11 isə oktyabrda Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “VW Wolf Herbst CUP” və noyabrda Türkiyənin İstanbul şəhərində baş tutmuş Can Bartu beynəlxalq turnirində qüvvəsini sınayıb.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq