Ölkə futbolu
“Neftçi”də yeni şöbə yaradıldı
“Neftçi” rəhbərliyinin qərarı ilə klubda seleksiya şöbəsi yaradılıb.
Futbolinfo.az xəbər verir ki, bu şöbə əsas komanda ilə yanaşı, aşağı yaş qrupları üçün də istedadlı futbolçuların tapılıb üzə çıxarılması, eləcə də komandaların formalaşdırılmasını daha effektli həyata keçirməkdən ötrü işlər görəcək.
Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Seleksiya şöbəsində veteran futbolçular – İqor Getman və Vadar Nuriyevin yer aldığı diqqətə çatdırılıb.
Qeyd edək ki, Getmanla Nuriyev ötən ilin noyabrınadək “Neftçi”nin əsas komandasında köməkçi məşqçi vəzifəsini yerinə yetiriblər.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib