Bizi izləyin

Ölkə futbolu

“Neftçi”ni qələbədən edən adam: “Sumqayıt”ın formasını geyən Məsiyev

blank
blank

“Neftçi”nin bu tur qələbə qazanmayacağı bakılıların oyununa Elçin Məsiyev təyinat alanda bəlli idi. Ötən mövsüm “Kəpəz”lə həlledici oyunda “kimyaçılar”ın qələbəsini təmin edən FIFA referisi, komandanı son turlara aşağı pillələrdə yollanıb təzyiq altına düşməkdən xilas etmişdi.

Cari çempionatda isə Məsiyev, “Sumqayıt”ın 4 oyununa təyinat almışdı. Dünənki qarşılaşmaya kimi o, sumqayıtlıların 3 qələbəsini və Tovuzda heç-heçəsini qeydə almışdı. Dünən də qonaqların məğlub olmaması üçün hər şey etdi.

Doğrudur, “Neftçi” heç də ideal futbol sərgiləmədi. Amma paytaxt təmsilçisi hətta zəif oyunla da “Sumqayıt”dan üstün idi. Meydan sahibləri təzyiq göstərməyə başlayınca qonaqların oyunu iflic oldu. Bu vəziyyətdə Elçinin fitləri komandanı ayaqda saxladı.

Adi epizodlarda ikili standartlarla “Neftçi”yə göz açmağa imkan verməyən Məsiyev, hətta VAR-ın müdaxilə etdiyi zamanda da qonaqları qorumaq üçün hər şey etdi. Onun niyyəti bərabərlik qolu vurularkən daha aşkar göründü. VAR-da əyləşənlər israrla onu monitor önünə çağırdığı halda, Məsiyev oyunu başlatdı. Halbuki mübahisəli epizoda baxılmadan oyun bərpa olunmamalıydı. Epizod o qədər aşkar idi ki, baş hakim sonradan qərarını dəyişib 11 metrlik cərimə zərbəsi təyin etməyə məcbur oldu. Halbuki oyun bərpa olunduğundan, bunu etməməli idi. Görünür, VAR-dan Məsiyevin qulağına deyilənlər onu ayıltdı, ağ etdiyinin fərqinə vardı.

Bununla belə, Frits Stuxlikin yetirməsi “Sumqayıt”a xal qazandırmağı bacardı. O, 89-cu dəqiqədə bakılıların təmiz qolunu hesaba almadı, oyuna əlavə olunmuş 6-cı dəqiqədə yüzfaizli penaltini təyin etmədi. Kəsəsi, göz görə-görə “Neftçi”nin iki xalı əlindən alındı.

Məsiyevin sifarişlə işlədiyini iddia etmək üçün əsas var. Bu mövsüm hakimlər “Sumqayıt”ın yuxarı pillələrdə qalması üçün hər şey edib, Elçin isə 5 oyunda 3 qələbə, 2 heç-heçənin qazanılmasında müstəsna rol oynayıb. Əvvəlki mövsümlərdə “Keşlə”nin ştatlı hakimi olan bu cavan oğlan indi başqa tapşırığı yerinə yetirir. “Neftçi”nin başsız qaldığı bu günlər ona planlarını həyata keçirmək üçün əla imkan yaradıb.

blank

Məsiyev bu komandaların 3-cü dövrədəki oyununda da əsas söz sahibi idi və “Sumqayıt” qələbə qazanmağı bacarmışdı. Təkcə bu fakt Hakimlər Komitəsinin sədri Barış Şimşəkdən şübhələnmək, onun da tapşırıqla təyinat verdiyini görmək üçün kifayət edir. Əliyar Ağayevi Tovuza göndərməkdənsə, digər FIFA referisi Rauf Cabarovu 4-cü hakimliyə təhkim etməkdənsə, onlardan birini bu oyuna təyin etmək olardı. Eyni hakim eyni komandaların oyununda ardıcıl iki matçda meydandadırsa, deməli, bunun qərəzli səbəbi var.

Bu adamlar məkrli planları üçün hər yola əl atır. Məqsəd “Sumqayıt”ı avrokuboklara göndərmək, klubun menecer-prezideni Riad Rəfiyevi uğurlu idarəçi kimi göstərməkdir. Hakimlərin sədrinə menecerlk edən bu şəxs indi ondan öz məqsədləri üçün istfadə edir. Məsiyev və bir neçə başqa hakim, eləcə də müvafiq departamentin sədri Cavid Cəlilov hələ də sabiq vitse-prezident Elxan Məmmədovdan tapşırıq alır, onun kadrlarını qorumaqla məşğul olur. “Sumqayıt”ın yuxarı dartılmasının başqa səbəbi yoxdur.

Hazırda Misli Premyer Liqasında bütün təyinatlar Rəfiyevin sifarişi ilə edilir. Öz oyunlarına sözəbaxan hakimləri göndərirlər və bu adamlar o qədər özünə arxayındır ki, hətta “Neftçi” kimi ölkənin ən qocaman klubunun taleyi ilə oynamaqdan çəkinmirlər. Plan bəllidir, “Səbail”lə “Sumqayıt”dan ən azı biri üst pillələrdə olmalıdır. “Dənizçilər”in hakimlərdən nə qədər hədiyyə xal aldığını oyunları mütəmadi izləyənlər yaxşı bilir. “Sumqayıt”a edilən yardımların ən son nümunəsi isə dünən yaşandı.

Bu matçda məğlubiyyət növbəti turda “Zirə” ilə qarşılaşacaq “Sumqayıt”ın vəziyyətini pisləşdirəcəkdi. Qələbə mümkün olmasa da, ən azı heç-heçə sayəsində “Neftçi”nin uzaqlaşmasına imkan vermədilər. Növbəti turlarda belə hoqqalar yenə olacaq. AFFA rəhbərliyi məsələyə reaksiya verməsə, başqalarının da haqqı yeyiləcək və “Sumqayıt”a xallar hədiyyə ediləcək. Çünki Hakimlər Komitəsi hələ də Elxan Məmmədovun, Riad Rəfiyevin sifarişləri ilə idarə olunur.

Bu heç-heçə daha şox “Zirə”nin işinə yaradı. Mövsüm boyu qeyri-məhsuldarlığına görə tənqid olunan qəsəbə təmsilçisi acığını autsayder “Qəbələ”nin üstünə tökdü. 4:0 hesabı “qartallar”ın son turlardakı yüksəlişinin növbəti nümunəsidir. Elitada qalmaq ümidlərini itirən “qırmızı-qaralar” isə artıq hamının qapazaltısına çevrilib.

İndi növbəti turda baş tutacaq “Sumqayıt” – “Zirə” oyununa diqqət etmək lazımdır. Qonaqlar qalib gəlsə, “kimyaçılar”ın hakimlərlə indiyəqədərki işbirliyi faydasız olacaq, ona görə də Rəfiyevin dəstəsi həlledici mərhələdə dayanmayacaq, növbəti dəfə nəticəni 12-ci oyunçusu hesabına dəyişməyə çalışacaq.

AFFA rəhbərliyi yəqin ki, dünənki biabırçılıqdan sonra Məsiyevə 1-2 oyunluq cəza verəcək. Amma bu, “Neftçi”nin itirilən xallarını geri qaytarmayacaq. Bakılılar onsuz da çətin günlərini yaşayır, mövsümü xilas etmək üçün avrokuboka vəsiqə qazanmaq şərtdir. Rəhbəri AFFA-ya prezident getdikdən sonra yiyəsiz qalan komandanı hakim oyunları ilə tamamilə gözdən salmaq istəyirlər.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-05-03 17:31

Qazaxıstan qran-prisi bu dəfə selə görə təxirə salındı

blank
Digər idman növləri2024-05-03 17:17

“Prezident Kuboku”nda üçüncü günün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-03 17:00

Azərbaycan “Prezident Kuboku”nu doqquz medalla başa vurdu

blank
Digər idman növləri2024-05-03 16:43

Azərbaycan çempionatında 19-cu turun proqramı açıqlandı

blank
Digər idman növləri2024-05-03 16:28

“Prezident Kuboku”: Azərbaycan səkkizinci medalı qazandı

blank
Ölkə futbolu2024-05-03 16:11

Azərbaycan cütlüyü “Prezident Kuboku”nda üçüncü oldu

blank
Ölkə futbolu2024-05-03 15:54

Baş məşqçi öz futbolçularını söydüyünə görə cəzalandı

blank
Digər idman növləri2024-05-03 15:37

Azərbaycan birinciliyinin final oyunlarının vaxtı bilindi

blank
Ölkə futbolu2024-05-03 15:20

Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlandı

blank
Ölkə futbolu2024-05-03 15:05

“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə

blank
Digər idman növləri2024-05-03 14:50

“Baku Open-2024” keçiriləcək

blank
Ölkə futbolu2024-05-03 14:32

“Qarabağ” 11 oyundur “Neftçi”yə uduzmur

blank
Digər idman növləri2024-05-03 14:15

Azərbaycan “Prezident Kuboku”nda altıncı medalı qazandı

blank
Ölkə futbolu2024-05-03 14:00

“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar

blank
Digər idman növləri2024-05-03 13:45

Bu gün sonuncu yarımfinalçı müəyyənləşə bilər

blank
Əvəzedicilər2024-05-03 13:34

Əvəzedicilərin də cəzaları açıqlandı

blank
Digər idman növləri2024-05-03 13:25

Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq

blank
Ölkə futbolu2024-05-03 13:14

Üç futbolçuya dörd oyunluq cəza

blank
Digər idman növləri2024-05-03 13:07

Azərbaycan komandası “Prezident Kuboku”nda növbəti medalı qazandı

blank
I Liqa2024-05-03 13:00

I Liqanın lideri topdaşıyanlara görə cərimələndi

blank
Digər idman növləri2024-05-03 12:52

MBA-da daha iki 1/4 finalçı məlum oldu

blank
Premyer-liqa2024-05-03 12:44

“Neftçi” – “Turan Tovuz” matçı ilə bağlı sərt cəzalar

blank
Digər idman növləri2024-05-03 12:29

Basketbolda yunanların günü

blank
Digər idman növləri2024-05-03 12:15

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür

blank
Dünya futbolu2024-05-03 12:00

Lozano yenə PSV-dən ayrılır

blank
Dünya futbolu2024-05-03 11:45

“Benfika” iki vidaya hazırlaşır

blank
Ölkə futbolu2024-05-03 11:29

Het-trikə imza atdı, ən yaxşı adına namizəd oldu

blank
Ölkə futbolu2024-05-03 11:10

“Qəbələ” yetirmələri məyusdur: “Bakı”nın yaşadığı aqibəti…”

blank
Dünya futbolu2024-05-03 10:58

Avroliqada həftənin ən yaxşısı adına 2 namizəd

blank
Ölkə futbolu2024-05-03 10:35

Denis Silva “Neftçi”nin toparlanacağına inanır: “Məşqçi kimi Azərbaycana qayıtmaq əla olar”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm