Bizi izləyin

Dünya futbolu

“Neftçi”nin Almaniya çempionu olmuş rəqibi

blank
blank

1867-1918-ci illər aralığında mövcud olan Avstriya-Macarıstan imperiyasının çox güclü və bir-biri ilə amansız rəqabət aparan iki çox güclü komandası var idi: “Rapid” və “Ferentsvaroş”.  Bu klubların yaranma tarixi də haradasa bir-birinə yaxındır. Vyana klubu 1898-ci ildə, Budapeşt təmsilçisi isə 1 il sonra təsis edilib. Və ən əsası: hər iki klub “ağ-yaşıl” rənglərə bürünüb.

I Dünya müharibəsinin sonlarında bu imperiya dağılır və hər iki klub öz ölkəsi daxilində nəhəngə çevrilir. “Ferentsvaroş” Macarıstanın, “Rapid” isə Avstriyanın ən titullu klubu olur.

Bəli, vaxtı ilə imperiya daxilində bir-birinin ətini didən bu iki nəhəng komanda qarşıdakı həftədə Azərbaycan Premyer Liqasında bir-biri ilə amansız mübarizə aparan iki komandamıza qarşı oynayacaq. “Ferentsvaroş” Çempionlar Liqasında “Qarabağ”, “Rapid” isə Konfrans Liqasında “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirəcək. “Ferentsvaroş”u təqdim etmişik, indi növbə “Rapid”indi.

“Fəhləlik”dən “krallığ”a

Əsl adı “Rapid Vyana İdman Klubu” olan bu komanda 1898-ci ildə “Vyananın ilk fəhlə klubu” adı altında yaradılıb. İlk olaraq qırmızı-yaşıl rəngində forma ilə oynayan vyanalılar 1899-cu ilin yanvarın 8-də “Rapid” adını, 1904-cü ildə isə ağ-yaşıl rəngləri seçdi. İllər ötdükcə, öz ölkəsinin əzəmətli komandasına çevrilən “Rapid” Avstriyada dəbi müəyyənləşdirən komanda kimi tarixə düşdü. Amma bugünə qədər 32 dəfə Avstriya çempionu olaraq ölkəsinin rekordunu müəyyənləşdirən “ağ-yaşıllar” “Red Bull” şirkətinin “Zaltsburq”a sahib çıxmasından sonra geriləyib. Təsadüfi deyil ki, bu komanda sonuncu dəfə 2008-ci ildə bundesliqanın qalibi olub.  Həmin dövrdən bəri “Zaltsburq” hegemonluğu ələ alsa da,  2011-də “Şturm”, 2013-cü ildə isə Vyana “Austriya”sı çempionluğu bayram edə bilib.

Bundesliqadan söz düşmüşkən, “Rapid” tarixdə Almaniya çempionu olan yeganə Avstriya komandası kimi tarixə düşüb. 1938-ci ildə Avstriyanın Almaniyaya ilhaq edilməsindən sonra bu ölkənin komandaları Almaniya çempionatında iştirak edir. Nəticədə, “Rapid” 1941-ci ildə Almaniya çempionu olur. Elə müharibədən sonra Avstriya müstəqilliyini əldə edən kimi “Rapid” yenidən öz ölkəsində qarşısıalınmaz komandaya çevrilir.

“Rapid”in Avstriya Kubokundakı macəralarına gəlincə, bugünə qədər 14 dəfə ölkəsində bu turnirin qalibi olan klub çempionatda olduğu kimi burada da axsayır. Təsəvvür edin ki, bu komanda 1995-ci ildən Avstriya Kubokunu qazana bilmir. Tarixində 3 dəfə Avstriya Superkubokunun sahibi olan vyanalılar bu kuboku qazanmaqda da problem yaşayır. Sonuncu dəfə “ağ-yaşıllar” 1988-ci ildə kuboku muzeyinə aparıb.

“Rapid” tarixi boyunca avrokuboklarda da pis təsir bağışlamayıb. Doğrudur, bu komandanın “Ferentsvaroş” kimi Avropada titulu olmasa da, vyanalılar iki dəfə Kuboklar Kubokunda finala çıxa bilib. 1984/85 mövsümündə həlledici matçda “Everton” onları 3:1 hesabıyla məğlub edibsə (yeri gəlmişkən, bu oyunda “Rapid”in yeganə qolunu əfsanəvi avstriyalı futbolçu Hans Krankl vurub), 1996-cı ildə PSJ Brüsseldə keçirilən final matçında “Rapid”i 1:0 hesabı ilə üstələyib.

Qrup mərhələsi macəraları

İndi də “Rapid”in avrokuboklarda qrup mərhələlərindəki çıxışlarına qısaca nəzər salaq. 1996/97  mövsümündə Çempionlar Liqasının qrup mərhələsində debüt edən “ağ yaşıllar” “Mançester Yunayted”, “Yuventus” və “Fənərbaxça” ilə duellərdən 2 xal qopara bilib. 2005/06 mövsümündə yenidən ÇL-in qrup mərhələsinə vəsiqə qazanan Avstriya klubu bu dəfə “Bayern”, “Yuventus” və “Brügge” ilə oyunların hamısında uduzub.

2009/10 mövsümündən etibarən isə “Rapid” hər il olmasa da, müntəzəm şəkildə Avropa Liqasının qrupunda mübarizə aparır. Komandanın ötən mövsüm Avropa Liqasında çıxışına gəlincə, vyanalılar H qrupunda “Vest Hem”, Zaqreb “Dinamo”su və “Genk”lə mübarizədə 3-cü yeri tutub Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.  Burada isə “Rapid”in qarşısını “Vitess” kəsib.

Bugünün “Rapid”i…

Ötən mövsüm Avstriya çempionatında 8 qələbə, 7 heç-heçə və 7 məğlubiyyətlə 31 xal toplayaraq 5-ci yeri tutan “Rapid” Konfrans Liqasına vəsiqə qazanıb. 42 yaşlı yerli mütəxəssis Ferdinand Feldhoferin nəticəsi qənaətbəxş olmasa da, rəhbərlik onu postunda saxlamaq qərarına gəlib.  Maraqlıdır ki, Feldhofer 2 il “Volfsberger”də çalışarkən onun komandası müvafiq olaraq, 4 və 5-ci yerləri tutaraq ən azı “Rapid”dən pis çıxış etməmişdi.

Mövcud şərait komandanın bu vəziyyətdə olmasına görə onun günahkar olmadığını göstərir.  Müəyyən mənada maliyyə problemlərinə görə, “Rapid” çoxlu legioner futbolçu transfer etmir. Əsasən avstriyalı oyunçulardan ibarət komandada cəmi 7 əcnəbi top qovur. Onlardan 2-si Serbiya, 1-i, Almaniya, digərləri isə Sloveniya, Slovakiya, Niderland və Konqonu təmsil edir.

“Rapid” bu yay 8 yeni futbolçu ilə güclənib ki, onlardan 5-i avstriyalıdır. Komandanın heyətinə cəlb etdiyi legioner futbolçulardan almaniyalı yarımmüdafiəçi Nikolas-Gerrit Kun “Bayern II”dən, serbiyalı orta xətt oyunçusu Aleksa Pejiç Soliqorsk “Şaxtyor”undan, sloveniyalı müdafiəçi Martin Kosçelnik isə “Slovan Liberets”dən gəlib. Maraqlıdır ki, “Rapid”i mövsümün sonunda da məhz 8 futbolçu tərk edib.   Ümumiyyətlə, komandanın bu il ən böyük itkisi kimi əslən türk olan Avstriya vətəndaşı Ərcan Kara ilə, Yunanıstan millisinin üzvü Taksiarxis Funtasın MLS-ə yollanması oldu. Hər iki futbolçu birlikdə ötən mövsüm 16 qol vurmuşdu. Komandanın aparıcı hücumçusu Marko Qrüll isə ötən mövsüm 9 dəfə rəqib qapısına yol tapmışdı.

Nədən ehtiyat edək, nədən yararlanaq?

“Rapid”in ötən mərhələdə Polşanın “Lexiya” komandasına qarşı keçirdiyi 2 oyundan xeyli danışmaq olar.  Hər iki oyunda avstriyalılar üstün olsalar da, mərhələni səfər oyununda təmin etdilər. Vyanada keçirilən oyunda tərəflər fərqlənə bilməsə də, Qranskdakı matçda “Rapid” oyunun əvvəlində iki qol vuraraq arxayınlaşdı. Matçın sonlarında polşalılar fərqi azaltdıqdan sonra təzyiqi daha da artırmağı bacardı. Nəticədə “Rapid” çətinliklə də olsa, hesabı qorumağı bacardı.

Komandanın əsas silahı hücumun sivri ucunda qərarlaşan 9 nömrəli futbolçu Qaudio Burqştallerdir. Demək olar ki, bütün cinah reydlərindən gələn toplar və asmalar ona ünvananır. Burqştallerin arxasında qərarlaşan Qrüllə Tsimmerman isə cərimə meydançası ətrafında rəqibin müdafiə xəttini tar-mar edə bilər.

“Rapid”in əsas özəlliyi cinah reydlərindən sonra asmalar və uzaqdan zərbələrdir. “Neftçi” bu mənada ehtiyatlı olmalıdır. Məsələ ondadır ki, Laurentsiu Reqekampf Mamadu Mbodju müdafiənin sağ cinahında oynadır. Qrüllə üz-üzə gələcəyi halda cinahda oynamağı elə də yaxşı bacarmayan “Neftçi”nin müdafiəçisinin işi çox çətin olacaq.

“Rapid”in zəif cəhətinə gəlincə, komandanın cinahlardan müdafiə olunmaq bacarığı elə də yüksək səviyyədə deyil. Bu mənada “Lexiya” onların başını yetərincə ağrıtmağı bacardı. Xüsusən də komandanın sol cinahı xeyli axsayır. Bu cinahdan cərimə meydançasına ötürülən toplar “Rapid” müdafiəçilərini çaş-baş salır. “Ağ-qaralar” bunun üzərində xüsusi işləməlidir.

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Dünya futbolu2024-04-15 20:00

Asensio yenidən Madriddə?

blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 18:32

“Arsenal”ın braziliyalıları Turinə köçə bilər

blank
Digər idman növləri2024-04-15 18:18

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

blank
Digər idman növləri2024-04-15 18:04

Fransa prezidentinin B və C planı

blank
Digər idman növləri2024-04-15 17:50

Yeni rekord – oturub-durmada

blank
Digər idman növləri2024-04-15 17:33

“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı

blank
Ölkə futbolu2024-04-15 17:19

Yunanovun 200-cü oyunu

blank
Premyer-liqa2024-04-15 17:07

“Sabah” 3 qolla 3-cü oldu

blank
Digər idman növləri2024-04-15 16:52

Azərbaycan para-badmintonçuları üçün İspaniya sınağı

blank
Premyer-liqa2024-04-15 16:35

Dörd matçda 1 qol

blank
Müsahibə2024-04-15 16:20

“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”

blank
Digər idman növləri2024-04-15 16:02

Avropa Cüdo Birliyi millimizin Avropa Kubokundakı çıxışını yüksək qiymətləndirib

blank
Digər idman növləri2024-04-15 15:45

Cordanın imzalı ayaqqabıları 482 minə satıldı

blank
Dünya futbolu2024-04-15 15:28

Krivotsyukun komandası səfərdə uduzdu

blank
Dünya futbolu2024-04-15 15:10

“Mançester Yunayted” zərbə altında

blank
Ölkə futbolu2024-04-15 14:52

İcraiyyə Komitəsi nəyi gözləyir?

blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-15 14:20

Monte-Karlo turnirinin reytinqə təsiri

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm