Ölkə futbolu
“Neftçi”nin Antalyadakı rəqibləri bəlli oldu
“Neftçi” PFK-nın qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, hazırlığın ilk mərhələsi yanvarın 5-dən 9-dək Bakıda baş tutacaq və fiziki hazırlığa həsr olunacaq.
Əsasən taktiki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə yanvarın 10-dan 25-dək Türkiyədə olacaq. Antalya şəhərinin Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşacaq flaqman qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. “Ağ-qaralar” yanvarın 14-də Macarıstanın “Kişvarda”, 19-da Polşanın “Visla” (Plotsk) klubu ilə qarşılaşacaq.
Yanvarın 24-də daha bir yoxlama oyunu nəzərdə tutulub. Amma həmin oyundakı rəqib hələ dəqiqləşməyib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?