Ölkə futbolu
“Neftçi”nin istədiyi futbolçu klubundan ayrıldı
Belaruslu futbolçu Maks Ebonq “Neftçi”yə bir addım da yaxınlaşıb.
Futbolinfo.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi artıq azad agent statusu daşıyır.
Çünki Belarus millisinin üzvü klubu “Astana” ilə yollarını ayırıb. Qazaxıstan klubu Ebonqla başa çatan müqaviləni yeniləməyib. Artıq azad agent olan futbolçu “Neftçi”nin təklifini qəbul etsə, “ağ-qaralar”a pulsuz başa gələcək.
Qeyd edək ki, Maks Ebonq 2020-ci ildən bəri “Astana”da çıxış edib.