Premyer-liqa
“Neftçi”nin məğlubiyyətsizlik seriyaları qırıldı
“Neftçi”nin məğlubiyyətsiz oyunlar seriyası qırılıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında sonuncu dəfə 2019-cu il noyabrın 9-da “Keşlə”yə 1:2 hesabı ilə uduzan bakılılar 276 gündən sonra “Sumqayıt”a məğlub olub.
Bu dəfə 0:2 hesablı məğlubiyyət alan “ağ-qaralar”ın 10 matçlıq seriyası sona çatıb. Bu müddətdə “Neftçi” 6 oyunda qələbə qazanıb, 4 matçda heç-heçə edib.
Bütün turnirlər nəzərə alınmaqla isə son məğlubiyyət ötən il dekabrın 16-da qeydə alınmışdı. Həmin vaxt Azərbaycan kubokunun “Sumqayıt”la görüşündə 0:1 hesabı ilə uduzan “Neftçi” 239 gündən sonra məğlubiyyət alıb. Ardıcıl 9 görüşdə yenilməyən paytaxt klubu 5 qələbə və 4 heç-heçəyə sevinib.
Bu, həm də baş məşqçi Füzuli Məmmədovun karyerasında ilk məğlubiyyət olub. Debütü 2020-ci il fevralın 1-də elə “Sumqayıt”la oyunda (1:1) gerçəkləşən mütəxəssis ümumilikdə 8, Premyer Liqada 7 məğlubiyyətsiz oyun keçirib. Bu görüşlərdən üçü heç-heçə bitibsə, çempionatda 4, bütün turnirlərdə 5 qələbəyə şahid olub.
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”