Ölkə futbolu
“Neftçi”nin məşqçisi koronavirusa yoluxdu
“Neftçi”də koronavirusa yoluxanların sayı artıb. Xəstə futbolçuların sırasına bir məşqçi də qoşulub.
Aktiv xəstələrin sayı 3 olan bakılılarda Anton Krivotsyuk, Mirabdulla Abbasov və Emin Mahmudov COVİD-19-dan müalicə alır. Daha öncə isə Cabir Əmirliylə Prins İbarra yoluxmuşdu və onlar artıq sağalıb.
İndi isə baş məşqçi Samir Abasovun köməkçilərindən Vəfadar Quliyevin test nəticəsi müsbət çıxıb. Karantinə alınan çalışdırıcı müalicə alacaq.
Klubda inzibati heyətdən də testi müsbət çıxanlar, həmçinin sağalanlar var.