Ölkə futbolu
“Neftçi”nin növbəti mərhələdəki rəqibi bəlli oldu
“Neftçi”nin Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” bu raundda Avstriyanın “Rapid” (Vyana) klubu ilə üz-üzə gələcək.
İlk matçda Polşanın “Lexiya” (Qdansk) kollektivi ilə qolsuz heç-heçə edən komanda səfərdəki cavab qarşılaşmasında 2:1 hesabı ilə qalib gəlib.
“Neftçi” “Rapid”ə qarşı ilk oyununu avqustun 4-də Bakıda, cavab görüşünü isə avqustun 11-də Avstriyada keçirəcək. Azərbaycan təmsilçisi də 2-ci təsnifat mərhələsində Kipr “Aris”ini (Limassol) iki oyunun nəticəsinə görə (0:2, 3:0) mübarizədən kənarlaşdırmağa nail olub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”