Ölkə futbolu
“Neftçi”nin növbəti transferi – bu gün açıqlanacaq
Transfer çalışmalarını davam etdirən “Neftçi” azı daha üç oyunçu transfer etməyi planlaşdırır. Əsasən hücum xəttini gücləndirəcək bakılılar bir neçə futbolçuyala danışıq aparır.
Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi Konfrans Liqasında 3-cü mərhələyə adladıqdan sonra növbəti rəqiblə matçlarda yeni transferlərdən faydalanmaq niyyətindədir. Ona görə də daha çox fiziki cəhətdən hazır futbolçuların keçidi üçün səy göstərilir.
Növbəti belə transferlərdən olan Andre Şinyaşikinin transferi bu gün açıqlanmalıdır. Bakıda tibbi baxışdan keçmiş futbolçu hazırda komanda ilə məşqlərə qatılır. Onunla 2+1 illik müqavilə imzalanacaq.
Valideynlərindən biri yapon olan 26 yaşlı braziliyalı MLS-də “Şarlott”un şərəfini qoruyur. Üçillik müqaviləsi qalan oyunçu indiyədək yalnız ABŞ-da oynayıb. Onun transferi üçün müəyyən məbləğ ödənilməsi razılaşdırılıb.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar