Dünya futbolu
“Neftçi”nin rəqibi Ruslanı istəyir
Ruslan Malinovski Marsel “Olimpik”ini tərk etməyə hazırlaşır. Fransa klubundan məmnun olmayan yarımmüdafiəçi “Beşiktaş” və “Torino”dan birinin təklifini qəbul edəcək.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı ukraynalının marsellilərlə daha üç illik müqaviləsi var. Amma həm futbolçu özü getmək istəyir, həm də “Olimpik” yaxşı təklif olacağı təqdirdə solaxay futbolçusunu yola salmaqda maraqlıdır.
Daha çox “Şaxtyor” və “Atalanta”dakı çıxışı ilə məşhurlaşan Ukrayna millisnin üzvünün İtaliyaya qayıtmaq istəyi var. Bu üzdən “Torino” transferdə daha şanslıdır. “Neftçi”nin Konfrans Liqasındakı rəqibi “Beşiktaş” yalnız turinlilər oyunçunu razı sala bilməyəcəyi halda önə keçəcək.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq