Ölkə futbolu
“Neftçi”nin yeni transferinin durumuna aydınlıq gəldi
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 27-də Sarayevo şəhərindəki “Qrbaviça” stadionunda keçirilmiş “Jelezniçar”la matçda zədələnmiş “Neftçi”nin futbolçusu Ervin Koffi klubun sağlamlıq sponsoru “Liv Bona Dea Hospital”da müayinədən keçib.
Futbolinfo.az xəbər verir ki, bununla bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib:
“İlkin müayinədən sonra ciddi zədə aşkar edilmədi. Ervin Koffi bu gün fərdi məşqlərə başlayıb. Açıq daban oynağındakı ağrıları olmasa, 1-2 gündən sonra komanda ilə məşqlərə qoşula biləcək”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq