Ölkə futbolu
“Neftçi”nin zədəli futbolçularının durumu açıqlandı
“Neftçi”nin zədəli futbolçularının durumu müəyyənləşib.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar”ın 3 oyunçusu hələ də kollektivə qoşulmayıb.
Qapıçı İvan Brkiç müalicə prosesini davam etdirir. Bir müddətdir zədəli olan vinger Kilan Lebon hələ də fərdi olaraq hazırlaşır. Fələstin millisi ilə Asiya Kubokunda çıxışını başa vuran yarımmüdafiəçi Ataa Caber isə müalicə alır.
Bundan başqa, müdafiəçi Azər Salahlı ötən turda 4-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşdüyü üçün, Premyer Liqanın XXI turunda “Sumqayıt”la səfər oyununu buraxacaq.
Qeyd edək ki, fevralın 4-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var