Dünya futbolu
Neymar Ançelottinin təyinatına sevinəcək
Neymar Karlo Ançelottinin Braziliya yığmasına təyinatından məmnun olacaq. Milli komandanın lideri olan hücumçu italiyalının mümkün təyinatı ilə bağlı danışarkən belə deyib.
Futbolinfo.az xəbər verir ki, Ançelottinin gələn ilin yayından Braziliya millisinə rəhbərlik etmək ehtimalı var. “Real”la müqaviləsi bir idən sonra başa çatacaq mütəxəssislə ilkin anlaşmanın olduğu deyilir. Neymar da qərarı dəstəkləyir: “Əcnəbi bir məşqçi ilə çalışmaq imkanımız olacaq. Ançelotti karyerası boyunca bir çox mükafatlar qazandı. Bizə də uğur gətirəcəyinə ümid edirik”.
Xatırladaq ki, Braziliya yığması hələ də özünə baş məşqçi seçməyib. Hazırda komandaya müvəqqəti çalışdırıcı rəhbərlik edir.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Ölkə futbolu2024-05-06 16:01
Ayaz baxımlı qolundan danışdı: “Lakin əsas olan qələbədir”