Dünya futbolu
Neymar poker turnirində böyük məbləğdə pul qazandı
Dünyaca məşhur futbolçu, “Əl-Hilal”ın hücumçusu Neymar onlayn poker turnirində böyük məbləğdə pul qazanıb.
Futbolinfo.az xəbər verir ki, braziliyalı forvard “PokerStars” turnirinə 5,2 min dollar (4,8 min avro) giriş haqqı ödəyərək qeydiyyatdan keçib.
Nəticədə o, turnirdə 66 min dollar (62 min avro) qazanaraq 2-ci yeri tutub. Lider 91,6 min dollar (86 min avro) qazanan Dominikas Mikensonas olub. Turnirdə 59 futbolçu iştirak edib.
Xatırladaq ki, Neymar hazırda zədəlidir. Futbolçu DÇ-2026-nın seçmə mərhələsində Uruqvay millisi ilə matçda (0:2) dizinin ön çarpaz bağından zədələnmişdi. O, zədə səbəbindən 7-9 ay oynamayacaq.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı