Dünya futbolu
Niderland yığmasının üzvü rəsmən MY-də
İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Premyer Liqa nəhəngi Niderland yığmasının və “Ayaks”ın yarımmüdafiəçisi Donni van de Beki transfer edib.
Bu barədə “qırmızı şeytanlar”ın rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Britaniya mətbuatı “Mançester Yunayted”in bu transferə görə “Ayaks”a 40 milyon funt sterlinq ödəyəcəyini yazıb.
Qeyd edək ki, niderlandlı futbolçu ötən mövsüm “Ayaks”da 37 oyuna 10 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”