Digər idman növləri
Nikola Yokiç Lebron Ceymsin nəticəsini yenilədi
MBA-da dünən keçirilən oyunda Nikola Yokiç Lebron Ceymsin rekordunu yeniləyib. Serb basketbolçu 13 min xal toplayan, 6 min ribaund və 4 min assist edən ən gənc oyunçu kimi tarixə düşüb. O bu göstəriciyə 28 yaş 326 günlüyündə müvəffəq olub. Lebron Ceyms bu göstəricilərə 29 yaş 82 günlüyündə çatmışdı.
Yokiç bu nailiyyətə “Yuta Caz”la oyunda imza atıb. Komandası isə görüşdə məğlub olub. 124:111.
Liderlərin qarşılaşmasında “Boston Seltiks” overtaymda üstün olub. 127:120. “Minnesota Timbervulvs”la qarşılaşmanın sonlarında Teytum ardıcıl 5 xal toplayıb. Oyun ərzində isə onun göstəricisi 45 xal olub.
Digər bir overtaym Çikaqoda oynanılıb. Yerli komanda “Hyuston Rokets”i məğlub edib. Öz komandasının ən məhsuldar oyunçusu olan Alperen Şengün 25 xal yığıb.
“Toronto Reptors” Los-Ancelesin figər komandasına da məğlub olub. Dünən “Leykers”ə uduzan kanadalılar bu dəfə “Klippers” qarşısında aciz qalıblar.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu