Bizi izləyin

Ölkə futbolu

Növbəti Polşa səyyahı: Rahilin komandasının Avropada ən böyük uğuru “Kəpəz”i məğlub etməsidir

blank
blank

“Qarabağ” daha bir futbolçusu ilə vidalaşdı. Bu dəfə Rahil Məmmədov legioner həyatı yaşamaq üçün Polşaya üz tutdu.

Amma bu gediş 2021-ci ildə Mahir Emrelinin adıçəkilən ölkəyə yollanmasından fərqlənir. Mahir onda “Qarabağ”ın aparıcı üzvü kimi Polşa futbolunun flaqmanı olan “Legiya”nın sıralarına qoşuldusa, “köhlən atlar”ın ortabab oyunçusu Rahil Məmmədov Lodz şəhərinin LKS klubu ilə müqavilə imzalayıb. “Legiya” çempionluğa oynayan, LKS isə autsayderdir.

Hər nə qədər “Qarabağ” Polşa klublarından üstün oyun sərgiləsə də, autsayder komandada oynamaq gələcəyə atılan bir addımdır. Bu haqda çox danışmaq olar. Rahilin Polşada nəyə nail olacağını zaman göstərəcək. Məsələn, biz Musanın “Yurqorden” karyerasından da ümidli idik. Amma ilk mövsüm göstərdi ki, hələ çox çalışmaq lazımdır. Ona görə də Rahilin seçiminin nə dərəcədə doğru olduğunu müzakirə etməkdənsə, LKS-in keçmişinə və bu gününə diqqət edək.

Əvvəla onu qeyd edək ki, hazırda çempionatda sonuncu sırada qərarlaşan LKS Polşanın köklü və iddialı klublarından biridir. 1908-ci ildə yaradılan “ağ-qırmızılı” Lodz təmsilçisi 1958 və 1998-ci ildə Polşa çempionu olub. Maraqlıdır ki, LKS 1913-cü ildə Rusiya imperiyasının çempionatında da iştirak edib.

1927-ci ildə Polşa Peşəkar Liqasının yaradıcılarından biri də LKS olub. “Yaz cəngavərləri” ləqəbini daşıyan bu klub Vladislav Krulun adını daşıyan və 18000 tamaşaçı tutumuna malik bələdiyyə stadionunda çıxış edir.

blank

İki ölkə çempionatı ilə yanaşı, LKS 1957-ci ildə Polşa Kubokunu qazanıb. “Ağ-qırmızılar” avrokuboklarda 1959-cu ildə debüt edib. Amma ilk mərhələdəcə Lüksemburqun “Jeness” klubunun öhdəsindən gələ bilməyiblər – 0:5 və 1:2. Avrokuboklardan söz düşmüşkən, LKS 1998/99 mövsümündə Çempionlar Liqasının ilk mərhələsinə “Kəpəz”lə düşmüşdü. Lodzda komandamızı 4:1 hesabı ilə məğlub edən bu kollektiv Gəncədə də 3:1 hesabı ilə qalib gəlmişdi. Maraqlıdır ki, “Kəpəz”i adladıqdan sonra “yaz cəngavərləri” “Mançester Yunayted”lə qarşılaşmışdı. Lodzda hesab açılmamışdısa, “Old Trafford”da 0:2 hesabı ilə uduzmuşdular. Qəribədir ki, lodzlular avrokuboklarda yeganə mərhələni də məhz “Kəpəz”i mübarizəni kənarlaşdırmaqla keçiblər.

blank

Lodzda futbolu o qədər çox sevirlər ki, şəhərdə bu komandanın 3 sabiq oyunçusunun adına küçələr var. Söhbət Vavjints Tsil, Antoni Qaletski və Vladislav Kruldan gedir. Ümumiyyətlə, Varşavadan 120 km cənub-qərbdə yerləşən və Polşanın elektrotexnika mərkəzi olan Lodzda həyat qaynayır. 600 mindən artıq əhalisi olan Lodz hətta ikinci dünya müharibəsindən sonra xaraba qalan Varşavanın bərpasına, yəni 1948-ci ilə qədər müvəqqəti olaraq Polşanın paytaxtı funksiyasını daşıyıb.

Şəhərdə futbolu da çox sevirlər. Məsələn, hazırda Varşava derbisi olmadığı halda, Ekstraklassada Lodz derbisi var. LKS-in “Vidzev”ə qarşı oyunları şəhərin həyatına xüsusi rəng qatır. Amma “Vidzev” LKS-lə müqayisədə daha titullu klubdur. Bu komanda 4 dəfə Polşa çempionu olub və avrokuboklarda daha çox oyun keçirib. Amma tarixin müxtəlif dövrlərində hər iki klub çətin anlar yaşayıb. İkisi də müxtəlif dövrlərdə müflisləşib. “Vidzev”lə işimiz yoxdur, LKS 2010-cu ildə şəhər rəhbərliyi tərəfindən satışa çıxarılıb. Amma şəhərin büdcəsindən asılı olan klub müstəqil sərmayədarların əlinə keçdikdən sonra da ağ günə çıxmayıb. 2012/13 mövsümündə I Liqada mübarizə aparan “ağ-qırmızılar” müflis elan edilib. Nəticədə IV Liqaya qədər yuvarlanan bu komanda azarkeşlərinin ianəsi sayəsində çətin vəziyyətdən çıxıb.

LKS böhrana düşdükdən sonra bir də 2019/20 mövsümündə Ekstraklassaya qayıdıb. Amma maliyyə dayaqları o qədər aşağıdır ki, transfer etdiyi legionerlər belə komandanı elitada saxlaya bilmir. Elə yüksəldiyi mövsümün sonunda da komanda axırıncı yeri tutaraq I dəstəyə yuvarlanıb. Lodzlular bir də ötən mövsümün sonunda elitaya vəsiqə qazandı. Amma göründüyü kimi, yenə də işlər qaydasında getmir. 18 turdan sonra 2 qələbə, 4 heç-heçə və 12 məğlubiyyətlə cədvəlin dibində məskən salan komandanı düşmə zonasından kənarda yerləşən 15-ci yerdən 9 xal ayırır. 18 tura 13 dəfə fərqlənən LKS hazırda Ekstraklassanın ən az qol vuran komandasıdır. Bu müddət ərzində isə qapılarından 36 top buraxıblar. Bu da çempionatın ən bərbad göstəricisidir.

Məlum məsələdir ki, Rahil onları elitada saxlayacaq superulduz deyil. Hətta dünyanın ən güclü müdafiəçisi belə təkbaşına sistemsiz komandanı xilas edə bilməz.

Hazırda heyətində 35 oyunçu olan LKS-də Rahillə birgə cəmi 13 legioner var. Ölkələr də rəngarəngdir: İsveçrə, Litva, Niderland, İspaniya, Kosovo, Bosniya və Herseqovina, Fransa, Argentina, Danimarka və İran. İsveçrədən olan oyunçu 29 yaşlı türkəsilli müdafiəçi Levent Gülendir. Levent uzun illər “Kayserispor” və “Ankaragücü” klublarının şərəfini qoruyub. Rahillə birgə komandaya iranlı yarımmüdadiəçi Yadegar Rostami də transfer olunub. 20 yaşlı bu yarımmüdafiəçi Tehranın KİA Futbol Akademiyasının yetirməsidir. O, elə peşəkar karyerasına Polşanın “Poqon” klubunda başlayıb.  Komandada Litva millisinin 20 yaşlı müdafiəçisi Artemius Tutiskinas da çıxış edir.

Konkret Rahilin rəqabət aparacağı futbolçulara gəlincə, Məmmədov müdafiənin mərkəzində yer almaq üçün komandanın kapitanı Adam Marçinyak, təcrübəli oyunçulardan biri sayılan Marçin Flis və Levent Gülerlə mübarizə aparacaq. Çox qol buraxan komanda olduqlarından Rahilin şans qazanacağını söyləmək olar. Hər şey onun özündən asılı olacaq. Sadəcə, LKS-ə hazırda komandanın sabiq oyunçularına borclarına görə FİFA tərəfindən transfer qadağası qoyulması bir qədər işləri korlayır. Amma lodzlular borcluların bir hissəsini bağlayıb. Ayın axırına qədər digər borcların da bağlanacağı gözlənilir. Məhz belə olacağı təqdirdə həmyerlimizin meydana çıxması mümkündür.

Bir neçə kəlmə də 51 yaşlı baş məşqçi Pyotr Stokoviets haqda. Bu məşqçinin ən böyük uğuru 2019-cu ildə Qdansk “Lexiya”sına ölkə kubokunu qazandırmasıdır. O, LKS-ə mövsümün gedişində, 11-ci tur ərəfəsində qoşulub. Klub rəhbərliyi onu Lodza xilaskar kimi gətirib.

FƏRİD

Polşa elitasında çıxış edən azərbaycanlı futbolçular…

Ruslan Məcidov – qapıçı

2006/07 mövsümündə Lodz “Vidzev”ində cəmi 2 oyunda əvəzlənmədən oynayıb, komandası 0:2 və 0:1 hesabıyla uduzub, bir sarı vərəqə də alıb.

2006-cı ilin yayında “Anji”dən azad agent kimi Polşa klubuna keçmişdi, 2007-ci ilin yayında 50 min avroya “Neftçi”yə transfer olunub. Millimizdə Moldovaya qarşı yoxlama oyununda bir hissə meydanda olub.

Saşa Yunisoğlu – mərkəz müdafiəçisi

2007/08 mövsümündə Qrodzisk Velikopolskinin “Diskoboliya” komandasında 8 matç keçirib və hamısında start heyətində yer alıb. O, 2 matçda əvəzlənib, 2 sarı vərəqə alıb.

blank

2007-ci ilin yayında “MKT Araz”dan “Diskoboliya”ya azad agent kimi keçib, bir il sonra oradan azad agent kimi Varşava “Poloniya”sına qoşulub. Amma yeni klubunda işləri qaydasında getməyib. İlk dövrədə meydana çıxmayıb, yalnız Liqa Kubokunda oyun keçirib. “Poloniya” onu icarəyə vermək istəsə də, razılaşmayıb. Nəticədə 2009-cu il yanvarında 1-də Polşadan ayrılıb və “Bakı”ya keçib.

Anton Krivotsyuk – mərkəz müdafiəçisi

2021/22 mövsümünü və 2022/23 mövsümünün böyük hissəsini Plotsk “Visla”sında keçirib. Çempionatda 25 oyun (3 qol, 1 məhsuldar ötürmə, 10 sarı), kubokda 3 matç (1 assist, 2 sarı). 28 görüşün 25-də start heyətində olub, 21 oyunda mərkəz müdafiəçisi, 6-da sol, 1-də sağ cinah müdafiəçisi kimi çıxış edib.

“Visla Plok” karyerasının 96 gününü zədəli olub, buna görə 11 matçda iştirak edə bilməyib. O, 2021-ci ilin yayında 70 min avroya “Neftçi”dən “Visla”ya keçib. 2023-cü ilin fevralında isə 600 min avroya Cənubi Koreyanın “Tecon Xana Sitizen” klubuna keçib.

Mahir Emreli – hücumçu

2021/22 mövsümündə yeni ilə qədər “Legiya”da 33 oyun keçirib! Çempionatda 15 (2 qol, 1 assist), AL-in qrupunda 6 (2 qol), ÇL-in təsnifat mərhələsində 6 (2 qol, 1 ötürmə), AL-in təsnifat mərhələsində 2 (3 qol), Polşa Kubokunda 3 (1 qol), Polşa Superkubokunda 1 (1 qol) oyunda meydana çıxıb. Ümumilikdə bütün turnirlərdə 2075 dəqiqə, 11 qol, 2 assist, 3 sarı vərəqə ilə seçilib.

Bazar dəyəri 1 milyon avro olanda 2021-ci ilin yayında “Qarabağ”dan “Legiya”ya, 2 milyona qalxanda isə 2022-ci ilin fevralında “Legiya”dan Zaqreb “Dinamo”suna pulsuz keçib.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-19 02:09

KL: “Fənərbaxça” mübarizəni dayandırdı

blank
Dünya futbolu2024-04-19 01:55

Avroliqada yarımfinalçılar bəlli oldu

blank
Digər idman növləri2024-04-18 21:30

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-04-18 21:15

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-18 21:00

Azərbaycan çempionatında növbəti finalçı bəlli oldu

blank
Digər idman növləri2024-04-18 20:01

Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

blank
Dünya futbolu2024-04-18 19:43

Dibala da “Barselona”nın hədəfindədir

blank
Dünya futbolu2024-04-18 19:24

“Atletiko” 4 vidaya hazırlaşır

blank
Digər idman növləri2024-04-18 19:05

Azərbaycan çempionatında ikinci finalçı bəlli oldu

blank
Ölkə futbolu2024-04-18 18:50

“Qusar”dan darmadağın

blank
I Liqa2024-04-18 18:33

Liderdən növbəti qələbə

blank
Milli komanda2024-04-18 18:16

Millimizin heyətində dəyişiklik edildi

blank
Digər idman növləri2024-04-18 18:00

Azərbaycan şahmatçıları AÇ-də iştirak edəcəklər

blank
Dünya futbolu2024-04-18 17:45

“Roma” baş məşqçi ilə bağlı qərar verdi – RƏSMİ

blank
Digər idman növləri2024-04-18 17:31

Tanınmış şahmatçının qızı Azərbaycan çempionu oldu

blank
Dünya futbolu2024-04-18 17:17

İngiltərə kubokunun qaydaları dəyişdi

blank
Digər idman növləri2024-04-18 17:00

Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi

blank
Dünya futbolu2024-04-18 16:42

“Arsenal” və “Liverpul”un eyni hədəfi

blank
Dünya futbolu2024-04-18 16:27

Van de Bek Almaniyada qalmayacaq

blank
Müsahibə2024-04-18 16:10

“Sxadadze gələndən sonra “Qəbələ”nin çempionatda qalmaq şansı artmadı”

blank
Digər idman növləri2024-04-18 15:52

Ferstappen planetin 100 ən güclü insanı arasında

blank
Digər idman növləri2024-04-18 15:35

MBA-da qaydalarda dəyişiklik edilir

blank
Digər idman növləri2024-04-18 15:18

“Neftçi” ilə oyunda basketbol bəxti üzümüzə gülmədi”

blank
Ölkə futbolu2024-04-18 15:00

Qadın məşqçilərə diplomlar təqdim edildi

blank
Dünya futbolu2024-04-18 14:44

“Latsio” onunla müqaviləni yenilədi

blank
Digər idman növləri2024-04-18 14:31

Millimizin kapitanı Macarıstan çempionu oldu

blank
Digər idman növləri2024-04-18 14:18

Abasov bu gün hindistanlı şahmatçı ilə üz-üzə gələcək

blank
Müsahibə2024-04-18 14:04

Pusinin xarakter göstərmək zamanı: “Tanrı mənə kömək etdi”

blank
Ölkə futbolu2024-04-18 13:47

İki futbolçuya 4 oyunluq cəza, iki komandaya texniki məğlubiyyət verildi

blank
Əvəzedicilər2024-04-18 13:30

“Kəpəz”in futbolçusuna 4 oyunluq cəza

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm