Dünya futbolu
Novruzovun komandası finalda məğlub oldu
Futbol üzrə Estoniya kubokunun final oyunu keçirilib.
Futbolinfo.az xəbər verir ki, həlledici oyunda azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans”la “Flora” üz-üzə gəlib.
Üç qolun qeydə alındığı qarşılaşma “Narva Trans”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Beləcə, “Flora” Estoniya kubokunun qalibi adını qazanıb.
Novruzov da bu oyunun iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana buraxılıb. Azərbaycanlı futbolçu 86-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə