Dünya futbolu
Nuri Şahin mövsümü erkən başa vurdu
Türkiyənin və Almaniyanın “Verder” klubunun yarımmüdafiəçisi Nuri Şahin ciddi zədə ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin baş məşqçisi Florian Kohfeldt məlumat verib.
O, yerli mətbuata açıqlamasında 31 yaşlı futbolçunun zədəsinin ciddi olduğunu və bu mövsüm komandaya kömək edə bilməyəcəyini açıqlayıb.
Yeri gəlmişkən, Nuri Şahinin “Verder”dəki aqibəti də qeyri-müəyyəndi. Klubla müqaviləsinin müddəti mövsümün sonuna kimi olan türkiyəli yarımmüdafiəçi hələ də rəhbərliklə razılıq əldə etməyib. “Bild” nəşrinin iddiasına görə isə o, növbəti mövsümdən Türkiyəyə qayıda və “Fənərbaxça”da forma geyinə bilər.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”