Dünya futbolu
“Nyukasl” Miçelə tapşırıla bilər
“Nyukasl” rəhbərliyi komandanın uğursuz çıxışından məmnun deyil. Ötən mövsüm Çempionlar Liqasına vəsiqə qazanan kollektivin hazırda Premyer Liqada qələbəyə həsrət qalması baş məşqçinin kreslosunu laxladıb.
Futbolinfo.az xəbər verir ki, Eddi Hau tezliklə postundan qovula bilər. Artıq onu əvəz etməyə namizədlər siyahısı da müəyyənləşib. Ön sırada isə Miçelin adı gəlir.
Bu mövsüm “Jirona”nı İspaniya çempionatında zirvədə saxlayan 48 yaşlı ispan mütəxəssisə təklif göndərilib. Ona daha yaxşı şərtləri olan müqavilə təklif edilib. Miçel isə La Liqada sürprizlərə davam etmək, “Nyukasl” haqda yayda düşünməyi lazım bilir.
Amma “sağsağanlar”ın gözləmək niyyəti yoxdur. İngiltərə klubu vəziyyət dəyişməyəcəyi halda yanvarda yeni baş məşqçi tapmağı lazım biləcək.