Digər idman növləri
Oklahomada liderlərin görüşü
MBA-da gecə 6 oyunla yadda qalıb. Ən maraqla gözlənilə matç Oklahomada baş tutub.
Futbolinfo.az xəbər verir ki, liderlər qrupunda qərarlaşan iki komandanın görüşü maraqlı mübarizə şəraitində keçib. “Tanders” lider “Boston Seltiks”i 127:123 hesabı ilə məğlubiyyətə uğradıb. Görüşün qəhrəmanı Şey Gilgs Aleksander olub. O, aktivinə 36 xal yazıb.
“Memfis Qrizliz” evdə autsayder “San Antonio Söörs”ü məğlubiyyətə uğradıb. “Qolden Steyt Vorriors” isə “Orlando Mecik”dən üstün olub – 121:115. Meydan sahiblərinin lideri Stiv Körri oyunu 36 xalla tamamlayıb. “Sakramento Kinqs” doğma arenada “Şarlott Hornets”ə 104:111 hesabı ilə məğlub olub.
Xatırladaq ki, Şərq konfransında lider 26 qələbəylə Minnesota , Qərbdə isə 28 qələbə ilə Boston komandasıdır.