Bizi izləyin

Layihə

Olimpiya ümidləri: güləş və cüdo

blank
blank

Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına bir ildən də az vaxt qalıb. Artıq elə bir dönəm başlayıb ki, burada hər bir şey Olimpiadaya hazırlıq sayılır. Bu baxımdan fərdi idman növlərində dünya və qitə çempionatları da istisna deyil.

Məlum olduğu kimi, ölkəmizin lisenziya qazanmaqda çətinliklə üzləşməsi və ümumiyyətlə, son bir neçə ildə idmanımızda baş verən geriləmələr Parisdə uğurlara ümidləri azaldıb. Son illərdə biz hər növbəti Olimpiadada əvvəlkindən daha çox medal qazanmaqla öyünürdük. Artıq bu tendensiya da qırılıb. Bu baxımdan öyünməyə başqa nailiyyət tapmaq lazımdır. Ancaq ən çətini də elə nə ilə öyünməyi tapmaqdır.

İlk vaxtlar Gənclər və İdman nazirliyində baş verən dəyişikliklər idmanımızın yeni inkişaf mərhələsinə qədəm qoyacağına ümid verirdi. Xüsusilə də lazımsız federasiyaların ləğvi (baxmayaraq ki, aralarında illərlə ölkəmizdə ənənəvi sayılan növlər də var idi) təqdirəlayiq addım idi. Mənasız və lazımsız idman növlərinə xərclənən vəsaitin milli mentalitetə xas olan, uğur gətirməyə daha yaxın olan və millətin sevdiyi bir idman növünə yönəldilməsi düzgündür. Bu mənada ölkədə idmanın kütləviliyinə müəyyən qədər zərbə də endirilə bilər. Ancaq bu millətin qanında güləş , boks və yaxud da cüdo sevgisinin hansı səviyyədə olduğu hər kəsə bəllidir. Hər nə qədər taekvando ölkəmizə olimpiya çempionu versə də, bu və bunun kimi bir neçə idman növü populyarlıqda millətin qanına hopmuş növləri üstələmək gücündə deyil.

blank

Ötən həftə güləş üzrə dünya çempionatına yekun vuruldu. Bakıda isə cüdo üzrə Heydər Əliyev adına “Böyük dəbilqə” turniri keçirildi. Yazımızda da məhz bu iki turnir haqqında bəzi məqamlara toxunmaq istəyirik. Bu iki yarışı və idman növünü birləşdirməyimizin bir səbəbi var: Gənclər və İdman Nazirliyinin ümid yerinin bu iki idman növü olması.

Azərbaycan idmanının bugünkü mənzərəsinə nəzər yetirdikdə gələn il keçiriləcək Olimpiya Oyunlarında üzümüzü yalnız güləşçi və cüdoçularımızın ağardacağını görə bilərik. Bunun belə olmasının səbəbi federasiya rəhbərliyinin gördüyü işlərdir. Bu gün güləş və cüdo federasiyalarının işi digərləri üçün həm əlçatmazdır, həm də etalondur.

Güləşdə bir müddət baş verən durğunluq nəhayət ki, geridə qalıb. Milli idman növümüz heç bir zaman diqqətdən kənarda qalmamalıdır. Çünki güləş ölkəmiz üçün idmanda sanki bir dövlət atributudur.

Belqradda sona çatan dünya çempionatındakı nəticələrə diqqət yetirdikdə bir şeyi qabarıq şəkildə görə bilirik. Öz güləşçilərimizin, öz yetirmələrimizin nəticələri daha yüksəkdir. Məlum məsələdir ki, legionerin və milliləşdirilmiş idmançının əsas məqsədi pul qazanmaqdır. İdmançı üçün isə maddiyyatdan başqa həm də bayrağı yüksəyə qaldırmaq arzusu vacibdir. Son dünya çempionatında gördüklərimiz bizi sevindirməlidir. Öz güləşçilərimizdən ibarət komandamız daha yaxşı çıxış etdi. Bu, həm də illərdir problemi qabartmağa çalışan jurnalistləri də sevindirir. Çünki onlar haqlı olduqlarını əyani şəkildə nümayiş etdirdilər.

blank

Doğrudur, bu gün dünyada demək olar ki, bütün ölkələr milliləşdirmə siyasətindən istifadə edir. Ancaq Azərbaycan kimi güləşi sevən və onunla məşğul olan ölkə bu yola getməməlidir. İran milli komandasının heyətində Dağıstandan olan güləşçi necə təsəvvür edilmirsə, bizdə də elə olmalıdır. Əks halda özümüzü allatmaqla məşğul olacağıq.

Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Böyük dəbilqə” turniri də müəyyən qədər yazılanları təsdiq edir. Uzun illik qarışıqlıqdan sonra nəhayət ki, federasiyada sabitlik yaradılıb. Bu sabitlik komandanın rahat şəkildə Parisə hazırlaşmasına imkan verir. Bakıdakı turnirdə 3 idmançımız çempion oldu. Bu çempionluq həm də reytinq xalları deməkdir. Cüdoda isə lisenziya məhz reytinq xalları əsasında verilir.

blank

Bir sözlə, bu iki idman növü hazırda Gənclər və İdman Nazirliyinin əsas ümid yeridir. Baxmayaraq ki, nazirliyin əldə edilən uğurlara heç bir aidiyyəti yoxdur, gələn il qazanılacaq medallara onlar da şərik çıxacaqlar, çünki ölkənin idman siyasəti birbaşa bu quruma bağlıdır.

Bir məqamı da qeyd etməliyik. Bugünə qədər Olimpiya Oyunlarında heç vaxt komanda idman növlərində təmsil olunmamışıq. Gələn il də belə olacaq. Qarşıdakı illərdə də bu arzuolunmaz seriyanın qırılacağı inandırıcı görünmür. Hər hansı bir komanda idman növündə Olimpiadada təmsil olunmayan bir ölkə isə özünü idman ölkəsi adlandıra bilməz. Fərdlər və çempionlar dünyanın hər bir ölkəsindən çıxır.

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-04-29 19:45

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
Dünya futbolu2024-04-29 19:31

Sançes Milanda qalmayacaq

blank
Digər idman növləri2024-04-29 19:14

Avropa çempionu olan azərbaycanlı şahmatçı: “Arzum həyata keçdi”

blank
Premyer-liqa2024-04-29 19:01

“Zirə” “Araz-Naxçıvan”a qarşı – YENİLƏNİR

blank
Dünya futbolu2024-04-29 19:00

Xavi Robertonun qalmasını istəyir

blank
Dünya futbolu2024-04-29 18:44

“Torino” Yuriçlə vidalaşır

blank
Dünya futbolu2024-04-29 18:32

Palladino iddialı komandadan dəvət gözləyir

blank
Əvəzedicilər2024-04-29 18:16

Liderdən inamlı qələbə, izləyicisindən darmadağın

blank
Digər idman növləri2024-04-29 18:00

Azərbaycan şahmatında ilk – Fətəliyeva Avropa çempionu oldu

blank
Dünya futbolu2024-04-29 17:45

Türkiyə klubunda baş məşqçi ayrılığı

blank
Digər idman növləri2024-04-29 17:31

“Məqsədimiz 6 il öncəki uğurumuzu təkrarlamaqdır”

blank
Digər idman növləri2024-04-29 17:16

Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısında iştirak edib

blank
Digər idman növləri2024-04-29 17:00

“Çempionluq üçün əlimizdən gələni edəcəyik” – Baxşıyev

blank
Digər idman növləri2024-04-29 16:44

Azərbaycanlı məşqçi Avropa Gimnastikasının tədbirində iştirak edib

blank
Digər idman növləri2024-04-29 16:30

“Şəki” iki legionerlə vidalaşdı

blank
Dünya futbolu2024-04-29 16:15

Slot gələcək komandası üçün oyunçu seçir

blank
Digər idman növləri2024-04-29 16:00

Azərbaycan Basketbol Liqası: Pley-off oyunlarının vaxtı bəlli oldu

blank
Digər idman növləri2024-04-29 15:46

Azərbaycan atletlərindən Türkiyədə növbəti medallar

blank
Digər idman növləri2024-04-29 15:32

Formula 1 pilotu bayramda başından zədə aldı

blank
Dünya futbolu2024-04-29 15:15

Ozan Canlı “Eyndhoven” evdə xal itirdi

blank
Digər idman növləri2024-04-29 15:00

Şahmatçımız Avropa çempionluğunun bir addımında

blank
Milli komanda2024-04-29 14:47

Millimizin heyətində daha bir dəyişiklik edildi

blank
Dünya futbolu2024-04-29 14:32

Salahla Kloppa məsləhət: “Son həftələrin dadını çıxartsınlar”

blank
Ölkə futbolu2024-04-29 14:17

II Liqada 23-cü turun təyinatları müəyyənləşdi

blank
Müsahibə2024-04-29 14:05

Elvin Camalov: “Turnir cədvəlini yox, qarşıdakı oyunlarımızı düşünməliyik”

blank
Premyer-liqa2024-04-29 13:48

Elitada 200-cü oyun

blank
Digər idman növləri2024-04-29 13:31

MBA-da ilin məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-04-29 13:16

Azərbaycan taekvondoçuları Prezident Kubokunu 12 medalla başa vurublar

blank
Digər idman növləri2024-04-29 13:02

Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb

blank
Digər idman növləri2024-04-29 12:48

“Qarabağ” liderliyini möhkəmləndirdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm