Ölkə futbolu
“Olimpiakos” – “Neftçi” oyunu azarkeşlərlə keçiriləcək
Yunanıstanda “Olimpiakos” ilə “Neftçi” arasındakı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu azarkeşlərlə keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə Pirey təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Nikos Qavalas məlumat verib.
Onun sözlərinə görə, biletlər növbəti həftənin ilk günündən satışa çıxarılacaq: “Hələlik bilet sayı barədə dəqiq məlumat yoxdur. Düzdür, protokolda stadionun ümumi azarkeş tutumunun 80 faizi qədər göstərilib. Amma indiki məqamda dəqiq rəqəm deyə bilməyəcəyəm. Stadiona yalnız vaksin olunmuş şəxslər buraxılacaqlar”.
Qeyd edək ki, iyulun 21-də “Georgios Karaiskakis” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Arenanın ümumi azarkeş tutumu 32 115 nəfərdir. (Report)
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi