Dünya futbolu
“Olimpiakos”dan Bakı səfəri öncəsi əzmkar qələbə
Futbol üzrə Yunanıstan çempionatında 7-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos” da növbəti matçına çıxıb.
Pirey təmsilçisi səfərdə OFİ ilə qarşılaşıb. Hesabı 40-cı dəqiqədə meydan sahibləri açıblar. Andreas-Rixardos Ntoi topu öz qapısından keçirib. 58-ci dəqiqədə Qarri Rodriges tarazlığı bərpa edib. 81-ci dəqiqədə isə Sedrik Bakambu komandasının qələbə qolunu vurub.
7 turdan sonra 14 xalı olan “Olimpiakos” 14 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.
“Qarabağ” “Olimpiakos”a qarşı ilk matçını 6 oktyabrda səfərdə keçirib və 3:0 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı ikinci oyun isə 13 oktyabrda Bakıda baş tutacaq.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq