Ölkə futbolu
“Olimpiya” artıq hədəfinə çatıb”
Sloveniya millisinin sabiq futbolçusu Muamer Vuqdaliç ölkə klublarının avrokuboklardakı şanslarını dəyərləndirib.
Futbolinfo.az saytı xəbər verir ki, mütəxəssis Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq “Olimpiya” ilə bağlı da fikirlərini bölüşüb. O, Lyublyana təmsilçisinin Azərbaycan çempionunu üstələyəcəyinə inanır: “Olimpiya” artıq hədəfinə çatıb – avrokubokların birinin qrup mərhələsində iştirak edəcək. Amma “Qarabağ”ı məğlub etsələr, Avropa Liqasında çıxış edəcəklər. Niyə də olmasın? Hamımız “Olimpiya”nın “Qarabağ”ı məğlub edərək, bu turnirdəki mübarizəni davam etdirməsini istəyirik”.
Qeyd edək ki, “Olimpiya” ilə “Qarabağ” arasında ilk oyun avqustun 24-də Sloveniyada keçiriləcək.