Bizi izləyin

Ölkə futbolu

“Olimpiya”nın standart təhlükəsi

blank
blank

“Rakuv”la Polşadakı oyunda Şahruddin Məhəmmədəliyevin kobud səhvləri olmasaydı, bəlkə də indi “Olimpiya”ya yox, “Kopenhagen”ə ayrıca yazı həsr edəcəkdik. Doğrudur, Çenstaxova komandasından sonra Kiprin “Aris” klubunu keçmək lazım idi. Amma “Rakuv” göstərdi ki, bu komandanı məğlub etmək çətin məsələ olmayacaqdı. Ötən mövsüm “Neftçi”nin mübarizədən kənarlaşdırdığı “Aris”i keçmək problemə çevrilməməliydi.

Amma olacağa çarə yoxdur. Bəlkə də “Qarabağ” “Rakuv”la Avropa Liqasının qrup mərhələsində qarşılaşar və onlardan bu məğlubiyyətin qisası alınar. Çünki indiki vəziyyətdə polşalıların əla formada olan “Kopenhagen”i adlamaq şansı çox aşağıdır. Doğrudur, “Qarabağ”ın da hazırkı “Kopenhagen”i yenmək şansı çox deyildi. Hər halda, biz 2017-ci ildə qarşılaşdığımız Danimarka çempionundan fərqli qarşımızda tam başqa komanda görəcəkdik.

Yeri gəlmişkən, “Qarabağ” 2017-ci ildə “Kopenhagen”i adladıqdan sonra, növbəti il Çempionlar Liqasının təsnifat mərhələsində Sloveniyanın “Olimpiya”sı ilə qarşılaşdı. Qurban Qurbanovun komandası Sloveniyada 1:0 hesabı ilə qalib gəldikdən sonra Bakıda qolsuz bərabərliklə mərhələ adladı. Deməli, bir tanış rəqibi əldən çıxartsaq da, digər tanış rəqiblə qarşılaşmaq məcburiyyətindəyik. Həm “Kopenhagen”, həm də “Olimpiya” keçəndəfəki komandalardan daha güclüdür, xeyli inkişaf ediblər.

Təbii ki, “Qalatasaray”dan iki oyunun cəminə görə 4 top buraxıb bir dəfə də fərqlənməmələri göstərici ola bilməz. Amma lyublyanalıların Bolqarıstan çempionu “Ludoqorets”lə səfərdə 1:1 hesablı nəticəyə razılaşıb razqradlıları evdə 2:1 hesabı ilə məğlub etmələri ehtiyat ediləsi məqamdır. Bəli, “Qarabağ” “Rakuv”a uduzduğu mərhələdə onlar “Ludoqorets”i mübarizədən kənarlaşdırmışdı.

Əslində, bizə tanış olan bu komanda ilə iki dəfə yollarımız kəsişdiyindən (2001-ci ildə “Şəfa” ilə qarşılaşmışdılar və hər iki görüşdə qalib gəlmişdilər – Lyublyanada 4:0, Bakıda 3:0) bu komandanın tarixi haqda “dastan açmaq” niyyətində deyilik. Sadəcə, onu deyək ki, 7 dəfə Sloveniya çempionu və eyni sayda ölkə kubokunun qalibi olan bu komanda nüfuzuna görə yalnız “Maribor”dan geri qalır. Maraqlıdır ki, ötən il 5 mövsümlük fasilədən sonra çempion olan “Olimpiya” onda da “Qarabağ”la qarşılaşmışdı, indi də eyni vəziyyətlə üzləşib.

blank

Həmin dövrlə müqayisədə hazırda komandanın heyətində legionerlərin sayı daha çoxdur. 14 əcnəbiyə güvənməyin səbəbini başa düşmək olar. “Maribor” kimi geniş imkanlara malik komanda ilə məhz “onun dilində” danışmaq lazımdır.

Belə baxanda, hazırkı “Olimpiya”nı bu səviyyəyə çatdıran birvaxtlar İspaniya millisinin aparıcı simalarından olan, “Espanyol”, “Liverpul” və “Qalatasaray”ın sabiq futbolçusu Alber Riera olub. Amma o, komandanı çempion edəndən sonra buradan baş götürüb qaçdı. Bəli, bu ifadəni nahaq yerə işlətmədik. Çünki Rieradan qabaq millimizin sabiq baş məşqçisi Robert Prosineçki də “Olimpiya”da işləmişdi və o da burada qalmağın mənasız olduğunu anlamışdı. Səbəbini Sloveniya mətbuatını “vərəqləyərkən” görərik.

Prosineçki istefa verərkən, Xorvatiya mətbuatı bunu xorvatiyalının rəhbərliklə yola getməməsi ilə əlaqələndirmişdi. Robertin istefası təyinatından 3 ay sonra reallaşmışdı. Məsələ ondadır ki, onunla 1.5 illik müqavilə imzalanmışdı.

Klub prezidenti Adam Delius keçirdiyi mətbuat konfransında Prosineçkinin bəzi futbolçuların alnmayacağı təqdirdə vəzifəsindən gedəcəyini dediyini, U-16 və U-17 komandalarının ən yaxşı oyunçularını belə tanımadığını bildirib. Prosineçki isə azarkeşlərin də iştirak etdiyi mətbuat konfransında klub rəhbərliyini fırıldaqçılıqda ittiham edib: “Mən çox yerdə işləmişəm. Ancaq heç vaxt belə yalançı və fırıdaqçıları görməmişəm. Onların klubu idarə etməsi absurddur”.

Hazırkı baş məşqçi isə Portuqaliyada 12 komanda dəyişən 50 yaşlı mütəxəssis Joao Enrikedir. 2003-cü ildən məşqçiliklə məşğul olan bu mütəxəssis son vaxtlar demək olar ki, ildə bir klub dəyişir. Ölkəsində “Leyşoes”, “Pakuş de Ferreyra”,  “Vitoriya Gimaraynş” və “Moreyrense” kimi ortababları çalışdıran məşqçi ötən mövsüm “Maritimu”nun “sükanı arxasında” əyləşmişdi.

O ki qaldı komandanın transfer siyasətinə, “Olimpiya” ardıcıl ikinci il demək olar ki, nə transferlərə pul xərcləyir, nə də futbolçuların satışından qazanır. Baxmayaraq ki, Sloveniya klubuna bu yay 6 yeni oyunçu qoşulub, 4-ü isə ayrılıb.

Lyublyanalıların davam edən “transfer pəncərəsi”ndə xərcə düşdüyü yeganə oyunçu 22 yaşlı hücumçu Raul Floruçdur. Gənc hücumçu ötən mövsüm Xorvatiyanın 1-ci Divizionunda vurduğu 12 qolla ikinci bombardir olmuşdu. İyulun əvvəlində “Olimpiya”ya gələn Floruç hələlik əsas heyətdə möhkəmlənə bilməyib. Hazırda zədədən əziyyət çəkən hücumçu son 5 matçı buraxıb.

İndi isə Lyublyana təmsilçisinin azad agent statusunda cəlb etdiyi futbolçulara baxaq. Slovakiyanın yüksək liqasından gələn Ahmet Muhamedbeqoviç əsas heyət üzvünə çevrilib. 24 yaşlı mərkəz müdafiəçisi avrokuboklarda 6 matçın hamısında (o cümlədən, “Qalatasaray”la iki görüşdə) start heyətində meydana çıxıb və sona qədər oynayıb. Hətta Latviya “Valmiera”sı ilə səfərdə komandasının qələbə qolunu vurub.

Eyni sözləri Xorxe Silva haqda da demək olar. Sağ cinah müdafiəçisi avrokuboklarda 6 oyunun hamısında ilk “11-lik”də başlayıb və artıq bütün turnirlərdə 3 məshuldar ötürmə ilə yadda qalıb. Əvvəlki iki mövsümdə Portuqaliyanın 2-ci Liqasında cəmi 9 qol vuran hücumçu Pedro Lukas Sloveniya çempionatının son turunda dubl edib. Yarımmüdafiəçi Nemanya Motika da axırıncı turda qol vurub, amma hələlik heç cür start heyət üzvü ola bilmir.

Ən müəmmalı isə Saar Fadidanın vəziyyətidir. İyulun 29-da çempionat matçında het-trik edən israilli axırıncı 4 görüşdə sonradan meydana daxil olur. Görünür, yarımmüdafiəçinin 3 qol vurduğu matçda xəsarət alması sözünü deyib.

“Olimpiya”nın itkilərinə gəlincə, iki futbolçunu xüsusi qeyd etmək lazımdır. Söhbət lyublyanalıların ötən mövsüm vurduğu 12 qolla ən yaxşı bombardiri olan hücumameyilli yarımmüdafiəçi Mario Kvesiç və müdafiənin dayaqlarından olan mərkəz müdafiəçisi Corce Tsnomarkoviçin komandadan ayrılmasından gedir. Maraqlıdır ki, “Olimpiya” nə onların, nə də daha iki oyunçunun gedişindən pul qazana bilib.

“Olimpiya”nın ən güclü tərəfi standart vəziyyətlərdən yararlanmağı bacarmasıdır. “Ludoqorets”i belə yıxdılar. Öz cərimə meydançamızın həndəvərində qətiyyən qayda pozuntusuna yol vermək olmaz. Künc zərbələrində belə çox təhlükəli komandadır. Bir də uzaqdan zərbə endirmələrinə imkan vermək olmaz – imkan düşdükcə, qapını “yoxlayırlar”. Məsələn, komandanın kapitanı olan Timi Maks Elsnikin qarşısını kəsmək şərtdir. Şahrudinin bəstəboy olmasını nəzərə alsaq (“Rakuv”un Polşadakı 3-cü qolunu yaddan çıxarmayaq) hər an “Qarabağ”ı “sanca bilər”.

blank

Daha bir “iynəli” oyunçuları portuqaliyalı hücumçuları Ruy Petrodur. 2016-20-ci illərdə “Portu”da çıxış edən və bu komandada 9 oyuna 2 qol vuran 25 yaşlı hücumçu müdafiənin arxasına ildırım sürəti ilə şığıya bilir. Ruy Petronu bağlaya bilsək, “Olimpiya”nın öhdəsindən haradasa gəlmək mümkündür.

Hə, bir də “Qarabağ”la müqayisədə bu komandanın qapıçısı güclüdür. İtaliyada “Atalanta” nın yetirməsi olan 23 yaşlı Matevz Vidovşek çox əla reaksiyaya malikdir. Zəif cəhətlərinə gəlincə, mümkün qədər cinahlardan hücum qurmaq lazımdır. Məsələn, “Qalatasaray” “Olimpiya” ilə oyunlarda cinahlardan irəliləyib cərimə meydançasının kənarına yerlə top çıxarırdı. Bütün müdafiə çaş-baş qalırdı. Hətta topla cərimə meydançasına daxil olub driblinqlə onları yerlə bir etmək olar. Zubir bu mənada əla silahdır. Zubirin zonasından “Ludoqorets”in Razqradda vurduğu qola baxa bilərsiniz. Texnikalı futbolçular qarşısında acizdirlər.

“Olimpiya”nı məğlub etmək olar, hətta bunu etməliyik də. Bircə standart vəziyyətlərdən qorunaq və “Şah”ın “salamatlığı” üçün dua edək!

İLQAR AĞAYEV

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-05-03 01:15

“Fiorentina” qələbə qazandı, “Aston Villa” evdə uduzdu

blank
Dünya futbolu2024-05-03 01:03

Avroliqa: “Bayer”dən Romada qələbə, Marseldə heç-heçə

blank
Ölkə futbolu2024-05-02 23:47

Klublar Komitəsinin iclasında müzakirə olunan məsələlər bilindi

blank
Digər idman növləri2024-05-02 23:00

İlk yarımfinalçı bəlli oldu

blank
Milli komanda2024-05-02 22:45

“Prezident Kuboku”: İkinci günün qalibləri mükafatlandırıldı

blank
Milli komanda2024-05-02 22:27

Millimiz Belarus yığmasına uduzdu

blank
Digər idman növləri2024-05-02 20:00

Azərbaycanlı cütlük “Prezident Kuboku”nda üçüncü oldu

blank
Dünya futbolu2024-05-02 19:37

Fransa klubunda baş məşqçi ayrılığı

blank
Ölkə futbolu2024-05-02 19:11

“Sabah” bu bölgələrdə 22 futbolçu seçdi – VİDEO

blank
I Liqa2024-05-02 18:54

“Qaradağ Lökbatan” və “Şamaxı”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-02 18:36

Rusiya millisi üçün yeni rəqib

blank
Dünya futbolu2024-05-02 18:18

Benzema yenidən “Real”ın düşərgəsinə qayıtdı

blank
Digər idman növləri2024-05-02 17:59

Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku”nda medal qazandı

blank
Dünya futbolu2024-05-02 17:37

Millimizin sabiq üzvü “Əl-İttihad”la müqavilə bağladı

blank
Digər idman növləri2024-05-02 17:19

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirilib

blank
Ölkə futbolu2024-05-02 17:00

Yüksək Liqada mövsümə yekun vuruldu

blank
Ölkə futbolu2024-05-02 16:43

Martinsdən təşəkkür: “Növbəti mövsüm daha yaxşı olacaq”

blank
Digər idman növləri2024-05-02 16:26

Azərbaycan avarçəkəni “Prezident Kuboku”nun qızıl medalını qazandı

blank
Digər idman növləri2024-05-02 16:09

Gəncədə Açıq Qərb Kuboku

blank
Müsahibə2024-05-02 15:51

Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır

blank
Digər idman növləri2024-05-02 15:34

Senna İmolada yad ediləcək

blank
Digər idman növləri2024-05-02 15:17

“Anadolu Efes”in baş məşqçisi məlum oldu

blank
Digər idman növləri2024-05-02 15:00

Abdullayeva Estoniyada “Prezident Kuboku”nun ən yaxşı hakimi seçildi

blank
Premyer-liqa2024-05-02 14:45

“Turan Tovuz” – “Zirə” oyununun biletləri satışda!

blank
Ölkə futbolu2024-05-02 14:31

Klublar Komitəsinin iclası keçirilib

blank
Dünya futbolu2024-05-02 14:16

Oblakın əvəzinə gürcü qapıçı

blank
Dünya futbolu2024-05-02 14:02

“Yuventus” onu İtaliyaya qaytarır

blank
Dünya futbolu2024-05-02 13:46

ÇL-də həftənin futbolçusu adına namizədlər müəyyənləşdi

blank
Digər idman növləri2024-05-02 13:30

“Həm hücumda, həm də müdafiədə aqressiv oyun sərgilədik”

blank
Digər idman növləri2024-05-02 13:12

“Neftçi” və “Xırdalan”ın pley-offda ikinci görüşü

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm