Ölkə futbolu
Omar Haninin “Qəbələ”dən ayrılmasının səbəbi – özü açıqladı
“Qəbələ” ilə aramızda problem olmayıb. Hər şey qaydasındadır”. Bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”dən ayrılan iordaniyalı yarımmüdafiəçi Omar Hani deyib.
Təcrübəli futbolçu əyalət klubunu tərk etməsinin səbəbini açıqlayıb: “Mən yaxşı təklif almışdım. Bu təklif futboldan daha önəmli idi, yəni mənəvi dəyəri var idi. Ona görə də qəbul etdim. Fikrimcə, “Qəbələ”də təklif aldığımdan və danışıq apardığımdan xəbərləri var idi”.
İordaniyalı yarımmüdafiəçi bir zamanlar çıxış etdiyi Kipr çempionatına qayıtdığını bildirib: “Kiprə dönürəm. Bu ölkənin “Doksa” klubu ilə anlaşmışam. Onlar yeni heyət qurur, yeni məşqçi var. Bu səbəbdən də orada oynamaq istəyirəm”.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq