Dünya futbolu
“Omoniya” da “Qəbələ”nin günündədir
Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşacaq Kipr klubu “Omoniya”da işlər heç də yolunda getmir.
Futbolinfo.az saytının yerli mətbuata istinadən məlumatına görə, Nikosiya təmsilçisi hələ də transfer çalışmalarına başlamayıb.
Bildirilir ki, Sofronis Avqusti bununla bağlı rəhbərliklə görüşərək narahatlığını dilə gətirib. Kiprlilər 46 yaşlı mütəxəssisin “Qəbələ” ilə oyunların heyətini formalaşdırmaqda gecikdiyini düşünürlər: “Baş məşqçi skautlar şöbəsinin müdiri və klub rəhbərliyi ilə transferlər üçün tez-tez görüşür. Lakin “Omoniya” transferdə ləng hərəkət edir. Bu gedişlə komanda “Qəbələ” ilə matçlara hazır olmayacaq”.
Digər tərəfdən “Qəbələ”də də vəziyyət ürəkaçan deyil. Təsadüfi deyil ki, yay fasiləsində Ramon Maçado, Məqsəd İsayev, Andrey Strijak, Səlahət Ağayev, Rövlan Muradov, Felipe Santos, İsnik Alimi və Ruan Renato kimi futbolçular komandanı tərk ediblər. Yəni baş məşqçi Elmar Baxşıyev yenidən komanda qurmağa çalışır.
Qeyd edək ki, “Qəbələ” “Omoniya” ilə ilk oyununu iyulun 27-də evdə, cavab görüşünü isə avqustun 3-də səfərdə keçirəcək.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Ölkə futbolu2024-05-06 13:45
Qapıçının ilk qol ötürməsi