Ölkə futbolu
Öncə “Sabah”, sonra “Partizan”
Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Sabah” – “Partizan” qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının və açıq məşqlərin vaxtı müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, “Sabah”ın oyundan öncə təşkil ediləcək mətbuat konfransı avqustun 9-da saat 17:30-da, açıq məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq) isə saat 17:50-də olacaq.
Rəqib komandanın matçdan öncə təşkil ediləcək mətbuat konfransı avqustun 9-da saat 19:30-da, açıq məşqi (ilk 15 dəqiqəsi mətbuat üçün açıq) isə saat 20:00-da keçiriləcək.
Hər iki mətbuat konfransı və açıq məşq “Bank Respublika Arena”da baş tutacaq.
Qeyd edək ki, “Sabah” – “Partizan” oyunu avqustun 10-da saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq