Ölkə futbolu
Onlar “Qarabağ”a gəlməyəcək – Momo və Mahir
İbrahima Vadjinin gedişi ilə yeni hücumçu alması daha da vacib olan “Qarabağ” hazırda bir neçə namizədlə danışıq aparır. Avropa Liqasının qrup oyunlarına kimi bir neçə oyunçunun keçidini həll etməyə çalışan ağdamlılar hazırda gərgin qrafikdə işləyir.
Futbolinfo.az əbər verir ki, xeyli futbolçu ilə eyni vaxtda təmas qurulsa da, müxtəlif səbəblərdən hansısa keçid alınmır, bəziləri yubanır. Onlardan biri olan Momo Yansanenin transferi də bu üzdən reallaşmayıb. Hazırda “Şerif”də çıxış edən Qvineya millisinin forvardı ilə razılıq əldə olunmayıb.
Son günlər Mahir Emrelinin “Qarabağ”a dönüşü haqda da xəbərlər dolaşır. Zaqreb “Dinamo”sunda işləri qaydasında getməyən futbolçunun birillik icarəyə götüləcəyi yazılırdı. Lakin Ağdam klubundan bu məsələnin gündəmdə olmadığını öyrəndik.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə
- Digər idman növləri2024-05-03 16:28
“Prezident Kuboku”: Azərbaycan səkkizinci medalı qazandı