Digər idman növləri
Onlayn kazinoların qadağa edildiyi ölkələrdə komandanın adı fərqli olacaq
Növbəti iki mövsümdə “Stake F1 team” adı altında çıxış edəcək “Zauber” komandası (keçmiş “Alfa Romeo”) onlayn-kazinoların qadağa edildiyi ölkələrdə fərqli adla çıxış etmək məcburiyyətində qalacaq. Bu barədə “Automotosport” portalı xəbər verib.
Komandanın nümayəndəliyindən verilən məlumata görə, il ərzində iki addan istifadə ediləcək: Steyk və Kik Zauber. İkinci ad kazinoların qadağa edildiyi ölkələrdə olacaq.
Bunun da səbəbi “Stake” şirkətinin onlayn-kazinolarla məşğul olmasıdır. Onun sponsorluğuna hər ölkədə icazə verilmir.
Xatırladaq ki son mövsümdə “Alfa Romeo” çempionatda 9-cu olmuşdu. Komandanın pilotları Bottas 15-ci, Jou isə 18-ci sırada yer tutmuşdu.