Ölkə futbolu
“Onun “Qarabağ”a transferi tamamlanıb” – Klub prezidenti
Portuqaliya ikinci Liqa təmsilçisi “Şaveş”in futbolçusu Kevin Medinanın karyerasını növbəti mövsümdən “Qarabağ”da davam etdirəcəyi dəqiqləşib.
Futbolinfo.az xəbər verir ki, sözügedən klubun prezidenti Fransisku Joze Karvalyu “Sinal TV”yə açıqlamasında kolumbiyalı müdafiəçinin Ağdam təmsilçisinə transferini təsdiqləyib:
“Transfer tamamlanıb. Yalnız tibbi müayinədən keçmək qalır. Ancaq beynəlxalq uçuşlar olmadığı üçün bu məsələ qalıb”.
Karvalyu Ağdam klubundan alacaqları təzminat barədə məlumat verməyib.
Qeyd edək ki, 2019-cu ildən “Şaveş”də oynayan Medina bu mövsüm 11 oyunda meydana çıxıb. Onun “Qarabağ”la 3 illik müqavilə imzalayacağı bildirilir.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı