Dünya futbolu
Osimhen üçün 100 milyon avro
Viktor Osimhenə daha bir müştəri tapılıb. “Napoli”nin nigeriyalı hücumçusunu “Bayern” də heyətinə qatmaq istəyir.
Futbolinfo.az xəbər verir ki, Osimhen Premyer Liqada oynamaq arzusundadır. O, yayda İtaliyadan ayrılaraq İngiltərəyə köçməyin planlarını cızır. “Mançester Yunayted” bu transferdə israrlıdır və “Napoli”yə rəsmi müraciət etməyə hazırlaşır.
Lakin Tomas Tuhelin Münhen klubuna baş məşqçi təyinatından sonra vəziyyət dəyişib. Təcrübəli mütəxəssis Harri Keyni transfer siyahısından çıxarıb və daha gənc olan Viktorun alınmasını tələb edir. Klub rəhbərliyi də arzuladıqları qolçu forvardın məhz 24 yaşlı Osimhen olmasına qərar verib.
Almaniya klubu keçid üçün 100 milyon avrodan keçməyə razıdır. “Napoli” 130 milyon avro tələb etsə də, klubların ortaq məxrəcə gələcəyi gözlənilir. Yalnız “Mançester Yunayted”in edəcəyi təklif və futbolçunun İngiltərə arzusu vəziyyəti dəyişə bilər.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…