Dünya futbolu
Ozan Canın komandasından pley-offun ilk matçında qələbə
Niderland Erediviziyasına sonuncu vəsiqə uğrunda pley-off oyunlarına start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyunda Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” “Almere Siti” ilə üz-üzə gəlib.
Sözügedən kollektiv bu rəqiblə doğma meydanda qarşılaşıb. “Eyndhoven” meydanı 1:0 hesablı qələbə ilə tərk edib.
Ozan bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
Bu komandaların növbəti matçı mayın 26-da “Almere Siti”nin meydanında baş tutacaq. İki oyunun nəticəsində qalib olacaq komanda növbəti mərhələdə “Venlo” – “Villem II” cütünün güclüsü ilə üz-üzə gələcək.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar