Müsahibə
Ozobiç: “Mərhələni adlamaq istəyirik”
“Neftçi”nin yarımmüdafiəçisi Filip Ozobiç futbolinfo.az saytına müsahibə verib. O, komandanın Konfrans Liqasının ikinci mərhələsində “Jelezniçar”la səfər görüşündə əldə edlən 2:2 hesablı heç-heçədən və qarşıdakı cavab oyunundan danışıb.
– Bosniya və Herseqovinadakı 2:2 hesablı heç-heçəni necə dəyərləndirirsən?
– Bilirdik ki, bizi səfərdə çətin oyun gözləyir. Orada yaxşı fanatlar və əla atmosfer var idi. İndi bizi qarşıda cavab oyunu gözləyir. Bakıda qalib gəlmək istəyirik.
– Matçın ən yaxşılarından biri sən idin. Öz oyununu necə dəyərləndirirsən?
– Öz oyunum haqda çox danışmağı sevmirəm. Mənə görə hər oyunda bacarığının 100 faizini ortaya qoymaq lazımdır. Komandaya xeyir verib, kömək etmək lazımdır ki, uğurlu nəticə qazanılsın.
– Azərbaycanda artıq 3-cü klubda çıxış edirsən və bu dəfə də iddialı komandadasan. Ümumiyyətlə, bu komandaları bir-birindən nə fərqləndirir?
– “Qəbələ” və “Qarabağ”da oynamışam. İndi isə “Neftçi”də çıxış edirəm. Təbii ki, burada da özümü ən yaxşı tərəfdən göstərmək istəyirəm. Çünki klub mənə inanır. Hər zaman yaxşı oynamaq istəyirəm, hər zaman da motivasiyam yüksəkdir. Yeni baş məşqçi ilə işim də yaxşı gedir. Məşqlərimiz qaydasındadır, oyundan-oyuna artıracağımıza əminəm.
– Yeni rəhbərliyin hədəfləri böyükdür. İstəklərinizə nail ola biləcəksiz?
– İndi yalnız “Jelezniçar”a qarşı keçiriləcək cavab görüşünü düşünməliyik. Çünki hələ ki, heç nə hazır deyil. Bundan sonra yalnız digər matç haqda düşünmək olar.
– “Qarabağ”da uzun illər birlikdə oynadığın Qara Qarayev də “Neftçi”yə keçdi. Onun gəlişi sənə necə kömək edəcək?
– Qara Qarayevlə uzun müddət birlikdə oynamışam. Bilirəm ki, o, bizim komandamıza kömək edəcək.
– “Jelezniçar”la ev oyununda hamı “Neftçi”ni favorit görür…
– Biz mərhələni adlamaq istəyirik. Amma bunu yalnız meydanda göstərmək lazımdır.
CAVAD
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar