Premyer-liqa
Ozobiç “Qarabağ”da 48-ci oldu
Filip Ozobiç “Qarabağ”ın heyətində 100-cü oyununu keçirib.
Futoblinfo.az xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Premyer Liqanın 12-ci turuna təsadüf edib.
Ağdam klubuna keçməzdən öncə şərəfini qoruduğu “Qəbələ”yə qarşı matç onun üçün 100-cü olub. Görüş 0:0 hesabı ilə başa çatıb. Ozobiç 2018-ci ilin yayından formasını geyindiyi “Qarabağ”da keçirdiyi 100 qarşılaşmada 31 qola imza atıb.
O, Premyer Liqada 62 oyunda 27, avrokuboklarda 34 matçda 4 qola imza atıb. Yarımmüdafiəçi Azərbaycan kubokunda 4 dəfə meydana çıxıb. Ozobiç “Qarabağ”ın tarixinə 100 və daha çox oyun keçirən 48-ci futbolçu kimi düşüb.
Qeyd edək ki, Filipin “Qarabağ”da debütü 2018-ci il iyulun 11-də “Olimpiya” ilə Sloveniyadakı matça (1:0) təsadüf edib.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq