Dünya futbolu
Paredes Turindən ayrıldı
Leandro Paredes “Yuventus”la vidalaşıb. Turində icarə əsasında oynayan 28 yaşlı argentinalı PSJ-yə dönür.
Futbolinfo.az xəbər verir i, dünya çempionunun Parsdə qalması ehtimalı da azdır. Fransa klubu futbolçunu satmağı düşünür. “Yuventus” ona birdəfəlik sahib olmaq istəmədyndən Paredes başqa variantları nəzərdən keçirəcək.
Leandro 2019-cu ilin yanvarında “Zenit”dən 40 milyon avroya transfer olunmuşdu. Onun PSJ ilə daha bir illik müqaviləsi qalır. O, ötən mövsüm “Yuventus”la 35 oyuna çıxaraq 1 qol vurmağı bacardı.