Digər idman növləri
Parisdə MBA şousu
MBA-da bu gecə 5 oyun keçirilib. Onlardan biri Avropada baş tutub.
Fransanın paytaxtı Parisdə “Klivlend Kavalers”lə “Bruklin Nets” qarşılaşıb. Görüş Klivlend komandasının 111:102 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda ən məhsuldar basketbolçu Donovan Mitçel olub. Müdafiəçi görüş ərzində 45 xal toplayıb. Bundan başqa onun aktivində 12 ribaund və 6 asist var.
Şərq konfransının liderlərinin qarşılaşmasında “Miluoki Baks” üstün olub. Yannisin komandası “Boston Seltiks”i 135:102 hesabı ilə məğlubiyyətə uğradıb.
“Dallas Maveriks” evdə “Nyu-York Niks”ə 128:124 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin oyunçusu Kayri İrvinq 44 xal toplayıb. Digər bir qarşılaşmada “Oklahoma-Siti Tander” “Portlend Treyl Bleyzüers”i darmadağın edib – 139:77.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi