Dünya futbolu
Pavar fikrini dəyişib
“Bayern” Benjamin Pavarla yeni müqavilə imzalayacaq. Menhendən ayrılmağa qərar verən, Tomas Tuhelin baş məqçi təyin olunmasından qərarını dəyişən fransız müdafiəçi ilə razılıq əldə edilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun direktoru Hasan Salihamiciç məlumat verib: “Yeni müqavilə üçün Pavarla görüşəcəyik. Onun qalmaq istədiyini bilirik, amma yenə də qərarını öyrənmək üçün bir araya gəlməyimiz lazımdır. Onun çıxışından razıyam, çox yaxşı oynayır”.
Fransa millisinin sol cinah müdafiəçisi sabiq baş məşqçi Yulian Naqelsmannla problem yaşayırdı. Məhz onun qəribə qərarları, davranışı Pavarı yayda “Barselona”ya keçmək haqda düşünməyə məcbur etmişdi. Tuhelin gəlişindən sonra vəziyyət dəyişib.
2019-cu ildə “Ştutqart”dan transfer edilən 27 yaşlı oyunçunun müqaviləsi 2024-ün yayında bitəcək. Klub mövsüm bitən kimi ya onu satmalı, ya da gələn il azad agent kimi getməsini gözləməlidir. Lakin tərəflər müqavilənin müddətini azaltmaqla qeyri-nüəyyənliyə son qoymağı lazım bilir.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”