Dünya futbolu
Paytaxt klubunda kapitanla yeni müqavilə
İspaniyanın “Atletiko” klubu futbolçusu Koke ilə müqavilənin müddətini uzadıb.
Futbolinfo.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, kapitanın yeni sözləşməsi 2025-ci ilin yayınadək nəzərdə tutulub.
Təcrübəli yarımmüdafiəçi cari mövsüm bütün turnirlərdə 39 matçda iştirak edib və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
“Atletiko”nun yetirməsi olan Koke 2009-cu ildən əsas komandada çıxış edir. O, paytaxt klubu ilə iki dəfə La Liqanın, iki dəfə Avropa Liqasının, eyni sayda UEFA Superkubokunun qalibi olub.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə