Dünya futbolu
Pedro Enrikenin yeni klubu bilindi
“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrikenin yeni klubunun adına aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, Braziliya “İnternasyonal”ından ayrılan 33 yaşlı yarımmüdafiəçi karyerasını ölkəsinin digər klubu “Korintians”da davam etdirəcək.
Braziliya A seriyası təmsilçisi Pedro ilə 2025-ci ilin sonunadək müqavilə imzalayıb.
Pedro karyerası ərzində “Sürix”, “Renn”, PAOK, “Astana”, “Kayserispor”, “Sivasspor” kimi komandaların da formasını geyinib. O, 2017/18 mövsümündə “Qarabağ”da oynayıb. Futbolçu Ağdam təmsilçisinin heyətində Çempionlar Liqasının qrup mərhələsində çıxış edib.