Ölkə futbolu
Pedro Nuno: “Daha yaxşı nəticəyə layiq idik”
“Qarabağ”la oyun həqiqətən bizim üçün çətin keçdi. Matç rəqib üçün də asan alınmadı. Təəssüf ki, yaxşı oynasaq da məğlub olduq”. Bunu futbolinfo.az-a açıqlamasında “Səbail”in futbolçusu Pedro Nuno deyib.
Portuqaliyalı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 21-ci turunda “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları oyundan danışıb: “Açığı, daha yaxşı nəticəyə layiq idik, bəxtimiz gətirmədi. Xüsusilə oyunun sonları kifayət qədər qol imkanları yaratdıq. Amma ruhdan düşmürük, çox yaxşı komandamız var. Zamanla daha yaxşı olacağımıza inanırıq”.
29 yaşlı oyunçu matçda təyin edilən 4 penalti ilə bağlı suala isə belə cavab verib: “Hakimlər haqqında danışmağı heç sevmirəm. Onlar da insandır, hamı səhv edə bilər. Biz yalnız öz oyunumuza köklənmişik. İndi bizi “Zirə” ilə vacib kubok oyunu gözləyir. Bəli, ilk oyunda məğlub olmuşuq, işimiz daha da çətindir. Amma buna baxmayaraq, özümüzə inanırıq. Cavab oyununda qələbəyə köklənəcəyik. Mərhələ adlamağı çox istəyirik”.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var