Dünya futbolu
Pelenin Braziliya millisindəki rekordu qırıldı
Əfsanəvi futbolçu Pelenin Braziliya millisindəki rekordu qırılıb.
Futbolinfo.az “Ok Diario” nəşrinə istinadən xəbər verir ki, yığmanın 17 yaşlı hücumçusu Endrik buna nail olub.
Forvard İspaniya (3:3) və İngiltərə (1:0) ilə yoldaşlıq matçlarında sonradan meydana çıxaraq fərqlənib. Ümumilikdə millidə iki qola imza atan oyunçu bunu meydanda olduğu 49 dəqiqədə bacarıb.
Pele Braziliya komandasında iki qolu 54 dəqiqəyə vurmuşdu.
Hazırda “Palmeyras”da çıxış edən Endrik yayda İspaniyanın “Real” klubuna keçəcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…