Dünya futbolu
Pellestri Mançesterlə vidalaşır
Fakundo Pellestri “Mançester Yunayted”dən ayrılacaq. İngiltərə klubundakı durumundan məmnun olmayan uruqvaylı özü də getməyin planlarını cızır.
Futbolinfo.az xəbər verir ki, PSV ingilislərə oyunçunun mövsümün sonunadək icarəyə götürülməsi üçün müraciət edib. “Los-Anceles Qelaksi” isə onu birdəfəlik transfer etmək niyyətindədir. MLS-dən gələn təklif daha cəlbedicidir, lakin futbolçu Avropada qalmaq istədiyindən qəti qərar verməyib.
Mançesterlilər 22 yaşlı oyunçunu 2020-ci ilin oktyabrında “Penyarol”dan 8,5 milyon avroya alıb. İki dəfə “Alaves”ə icarəyə verilən vingerin müqaviləsi gələn yay başa çatacaq.