Dünya futbolu
Peres “Real”ın tarixinə düşdü
Dünən İspaniya Superkubokunun finalında qələbədən sonra Madrid “Real”ının prezidenti Florentino Peres unikal göstəriciyə çatıb. Onun prezidentliyi dönəmində klub 33-cü titulunu qazanıb.
Bununla da o, klub tarixinin ən titullu prezidenti ünvanına sahib çıxıb. Peresə qədər əfsanəvi Alfredo Di Stefano 32 titulla birinci idi.
Xatırladaq ki, İspaniya Superkubokunun final oyunu Səudiyyə Ərəbsitanının paytaxtındakı “Əl-Əvvəl Park” stadionunda baş tutub. Madridlilər əzəli rəqibi “Barselona”nı 4:1 hesabı ilə məğlub edib. Görüşün qəhrəmanı ilk hissədə het-trik edən Vinisius Junior olub.
Superkubokun yarımfinal və final oyunları üçün ərəblər İspaniya Futbol Federasiyasına 40 milyon avro ödəyiblər.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq